Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasına işgüzar səfərə gəlib VİDEO
Soçi, 8 avqust (AZƏRTAC). Xüsusi müxbirimiz xəbər verir ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Soçi şəhərinə işgüzar səfərə gəlib.
Azərbaycan dövlətinin başçısını Soçinin “Adler” Beynəlxalq Aeroportunda rəsmi şəxslər qarşıladılar.