8170 CİNAYƏTİN ÜSTÜ AÇILMIŞDIR
Cari ilin yanvar-avqust aylarında Azərbaycanda həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində 8170 cinayət hadisəsinin üstü açılmışdır.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, açılmış cinayətlərin 990-ı bir qurup şəxs, 978-i əvvəllər cinayət törətmiş şəxslər, 278-i sərxoş vəziyyətdə olanlar tərəfindən, 193-ü isə yetkinlik yaşına çatmayanlar və onların iştirakı ilə törədilmişdir.