REGİONLAR
Şəhid gizir Ravil Novruzov Xızıda torpağa tapşırılıb VİDEO
Xızı, 4 aprel, Elxan Yusifli, AZƏRTAC
Erməni silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun giziri 1986-cı il təvəllüdlü Novruzov Ravil Elman oğlu torpağa tapşırılıb.
AZƏRTAC xəbər verir ki, şəhid doğulduğu Xızı rayonunun Giləzi qəsəbəsində dəfn olunub.
Şəhidin dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Xızı Rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Mərasimə qatılanlar Ravilin vətənpərvər övlad olmasından, doğma vətəni Azərbaycana sevgisindən danışıblar.
Şəhidin atası Elman Novruzov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib.
Şəhid Ravil Novruzov torpağa tapşırıldıqdan sonra onun atasına Azərbaycan bayrağı təqdim edilib.