Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib [YENİLƏNİB] VİDEO

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı rəsmi qəbulda nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin

 nitqi

-Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün Azərbaycanda faşizm üzərində Qələbə günü qeyd edilir. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Azərbaycan Qələbənin əldə olunmasında çox böyük rol oynamışdır - həm ön cəbhədə, həm də arxa cəbhədə. Altı yüz mindən çox Azərbaycan nümayəndəsi müharibədə iştirak etmiş, onlardan 300 mini həlak olmuşdur. Azərbaycan xalqı müharibə illərində qəhrəmanlıq göstərmişdir. Azərbaycanın bir çox nümayəndələri yüksək orden və medallarla təltif olunmuşlar. Arxa cəbhədə - Azərbaycanda böyük işlər görülmüşdür. Bizim zavodlarımızda hərbi texnika istehsal olunurdu. O texnika və silahlar ki, müharibənin ən ağır anlarında sovet ordusuna əvəzsiz xidmət edirdi. Azərbaycan neftçiləri bu illər ərzində yorulmadan çalışmış və sovet ordusunu yanacaqla təmin etmişlər. Sovet ordusunun yanacağının mütləq əksəriyyəti Azərbaycan neftçiləri tərəfindən təmin edilirdi. Bütün bu amillər deməyə əsas verir ki, Azərbaycan Respublikası faşizm üzərində Qələbənin əldə edilməsində çox böyük rol oynamışdır. Bu gün mən müharibə veteranları ilə görüşmüşəm, onlarla söhbət etmişəm, onları təbrik etmişəm. Onlar bu gün bu mərasimdə iştirak edirlər və bir daha onlara öz hörmətimi ifadə etmək istəyirəm.

Builki Qələbə günü Azərbaycanda xüsusi ruh yüksəkliyi ilə qeyd edilir. Bildiyiniz kimi, keçən ayın əvvəlində Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatı nəticəsində Ordumuz uğurla əks-hücum əməliyyatı keçirmişdir. İşğal olunmuş torpaqlarımızın bir hissəsi əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmiş, təmas xəttindəki mövqelərimiz daha da möhkəmlənmişdir. Bu gözəl tarixi və parlaq qələbə münasibətilə bir daha bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Aprel döyüşləri dövlətimizin və Ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirmişdir. Bilirəm ki, döyüşçülərimizin qarşısında həmişə veteranlarımızın obrazı, Böyük Vətən müharibəsi veteranlarının nümunəsi dayanır. Bu gün veteranlarla söhbət əsnasında onlar mənə deyirlər ki, əgər lazım olarsa, biz onların imkanlarından da müharibə zonasında istifadə edə bilərik. Yəni, öz yaşlarına baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində onlar bu gün öz rolunu oynamağa hazırdırlar.

Mən bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan öz tarixi keçmişinə çox böyük hörmətlə yanaşır. İkinci Dünya müharibəsində qazanılmış Qələbə bizim ümumi qələbəmizdir. Biz Azərbaycanda həm tarixi həqiqətləri qoruyuruq, imkan vermirik ki, tarix təhrif olunsun, eyni zamanda, müharibə veteranlarını da daim dəstəkləyirik və bundan sonra da dəstəkləyəcəyik.

Onu da qeyd etməliyəm, əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Günü bayram kimi qeyd edilmirdi. Bayram siyahısından çıxarılmışdı. Ancaq ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bu bayram bərpa edildi və bu gün bu bayram dövlət bayramı kimi qeyd edilir.

Sabah biz Ulu Öndərin anadan olmasının 93-cü ildönümünü qeyd edəcəyik. Heydər Əliyev Azərbaycan tarixində müstəsna xidmətlər göstərmişdir, böyük tarixi rol oynamışdır. İki dəfə Azərbaycana rəhbərlik etmişdir. Hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə doğru aparmışdır. 1969-cu ildə Azərbaycan Sovet İttifaqı respublikaları arasında ən aşağı yerlərdə qərarlaşmışdı. Heydər Əliyevin səyləri, bacarığı, biliyi, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində Azərbaycan ən qabaqcıl respublikaya çevrilmişdir. Sovet İttifaqında Rusiya Federasiyasından başqa, cəmi iki respublika var idi ki, onlar mərkəzdən dotasiya almırdı. Onlardan biri də Azərbaycan idi. Məhz o illərdə Azərbaycanda sənaye istehsalı, kənd təsərrüfatı sahələrində, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülmüşdür və o işlər bu gün də müstəqil Azərbaycana kömək göstərir. O illərdə xüsusilə infrastruktur layihələrinin icrası, neft-qaz sektorundakı nəticələr və emal sənayesinin inkişafı sahələrində əldə edilmiş nailiyyətlər bu gün bizə, müstəqil Azərbaycana xidmət göstərir.

1970-1980-ci illərdə Azərbaycanda elm sürətlə inkişaf edirdi. Azərbaycanda milli mənəvi dəyərlər təbliğ edilirdi. Əlbəttə, biz müstəqil dövlət deyildik və bəzi məsələlərdə fəaliyyətimiz məhdud xarakter daşıyırdı. Ancaq buna baxmayaraq, milli mənəvi dəyərlər, milli ruh, milli ədəbiyyat, mədəniyyət daim diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunanda məhz Heydər Əliyevin təkidi ilə Azərbaycan dili Konstitusiyaya ana dili kimi daxil edilmişdir. Yəni, o illər doğrudan da böyük inkişaf illəri olmuşdur. Heydər Əliyevin fəaliyyətini və böyük nailiyyətlərini nəzərə alaraq, o, Moskvaya dəvət edilmiş və ona çox böyük vəzifə verilmişdir - Sovet İttifaqının Baş nazirinin birinci müavini vəzifəsi. Super dövlətin Baş nazirinin birinci müavini vəzifəsi, əlbəttə, bir daha göstərirdi ki, Heydər Əliyev nə qədər istedadlı, peşəkar və işgüzar adam idi. Həmin illərdə o, fəal işləyirdi, bir çox sahələrə nəzarət edirdi və həmin sahələrdə böyük uğurlar əldə olunurdu. Bununla bərabər, heç vaxt Azərbaycanı unutmurdu və çalışırdı ki, özünün böyük imkanlarından istifadə edib, Azərbaycanı daha da gücləndirsin. Burada bir çox sənaye, infrastruktur layihələri icra edildi. O, Azərbaycanın inkişafına daim diqqət yetirirdi. Hər il məzuniyyətə çıxıb Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi və onun verdiyi tapşırıqlar 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərmişdir.

Ancaq 1987-ci ildə Heydər Əliyev tamamilə əsassız olaraq bütün vəzifələrdən kənarlaşdırıldı. Bu, ona qarşı, eyni zamanda, Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi. Onun istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar. Yəni, Heydər Əliyev amili onlara imkan vermirdi ki, bu çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və dərhal ondan sonra Dağlıq Qarabağda xoşagəlməz hadisələr başladı, Ermənistanın təhriki ilə orada separatçı meyillər gücləndi. Əfsuslar olsun ki, o vaxtkı sovet rəhbərliyi cinayət törədərək bu xoşagəlməz meyillərin qarşısını almadı. Nəinki almadı, almaq istəmədi. Sovet İttifaqının dağılması prosesi məhz o vaxtdan başladı.

Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu. Onun qurub-yaratdığı vəziyyət dağılırdı. O, burada rəhbər vəzifədə işləyəndə mütəmadi qaydada Dağlıq Qarabağa səfərlər etmişdi - Xankəndiyə, Şuşaya. Mən də o səfərlərin canlı şahidiyəm, iştirakçısıyam. Heç bir amil onu göstərmirdi ki, orada separatçı meyillər güclənə bilsin. Yəni, bu, süni şəkildə ortaya atılmış bir təxribat idi. Əfsuslar olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır.

Azərbaycan xalqına qarşı növbəti təxribat 1990-cı ildə törədilmişdir - Qanlı Yanvar cinayəti. Günahsız insanlar öldürülmüşdür, qətlə yetirilmişdir. 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş böyük cinayətdir. Heydər Əliyev dərhal öz səsini ucaltdı. Ertəsi gün Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdir. Mən də onunla bərabər orada idim. Mətbuat konfransında sovet rəhbərliyini ittiham etmişdir. Onların hərəkətlərini pisləmişdir. Deyə bilərəm ki, o vaxt sovet məkanında bu, çox nadir bir hadisə idi. Çünki Sovet İttifaqının dağılmasına hələ 2 il vaxt var idi. Heç kimin ağlına gələ bilməzdi ki, Sovet İttifaqı kimi nəhəng bir dövlət dağıla bilər. O vaxt belə cəsarətli addımın atılması bir daha onu göstərdi ki, Heydər Əliyev öz xalqına nə qədər bağlıdır, bu insan nə qədər fədakardır, nə qədər cəsarətlidir.

Təbii ki, ondan sonra ona qarşı təzyiqlər, təqiblər, mətbuatda qarayaxma kampaniyası başlamışdır. Ancaq bu çirkin, təxribatçı addımlar onu yolundan döndərə bilməmişdir. O, bu hadisələrə etiraz olaraq, uzun illər, onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarından çıxmışdır. Bakıya qayıtmışdır. Çünki artıq Moskvada yaşamaq təhlükəli idi. Əfsuslar olsun ki, Bakıda da yaşamağa imkan verməmişlər və doğulduğu yerə - Naxçıvana üz tutmuşdur. Naxçıvan əhalisi onun ətrafında birləşərək o ağır illəri şərəflə yaşamışdır. İlk növbədə naxçıvanlılar Heydər Əliyevi bütün təzyiq və təxribatlardan qorudular. Sonra isə o, Naxçıvanın rəhbəri kimi, Naxçıvanı işğaldan qorudu. O illər müstəqilliyimiz üçün həlledici illərdir. Çünki mən hesab edirəm ki, müstəqilliyə gedən yol məhz o illərdə Naxçıvanda başlamışdır. Çünki Heydər ƏIiyevin təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı - bizim dövlət bayrağımız Naxçıvanda dövlət bayrağı kimi elan edilmişdir. O vaxt hələ Sovet İttifaqı yaşayırdı və yenə də deyirəm, Sovet İttifaqının dağılması haqqında bəlkə də çoxları heç fikirləşmirdi.

Azərbaycanda isə əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində vəziyyət tənəzzülə uğrayırdı. Siyasi böhran iqtisadi böhranla tamamlanırdı. Xalq arasında o vaxtkı iqtidara inam tamamilə tükənmişdi. Vətəndaş müharibəsi başlamışdı. Ermənistanın işğalı alovlanırdı, genişlənirdi, torpaqlarımız işğal altına düşürdü. Şuşa, Laçın, ondan sonra Kəlbəcər rayonlarının işğalı nəticəsində Dağlıq Qarabağ ilə Ermənistan arasında coğrafi bağlılıq yaranmışdı. Belə ağır vəziyyətdə xalq yenə də Heydər Əliyevə müraciət etdi. Onu hakimiyyətə dəvət etdi və ümidləri ancaq ona bağlayırdı. Müstəqilliyimiz üçün ən ağır anlarda yenə də Heydər Əliyev öz xalqının yanında idi. Öz xalqına rəhbərlik etməyə razılıq vermişdir. 1993-cü ildən başlayaraq, Azərbaycanda bütün sahələrdə dönüş yarandı. Vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Azərbaycanda qayda-qanun yaradıldı və ölkə inkişaf dövrünə qədəm qoydu.

Ondan sonrakı dövr - 1993-2003-cü illəri əhatə edən dövr inkişaf, sabitlik dövrü olmuşdur. Azərbaycanda siyasi sistem formalaşmışdır. Konstitusiya qəbul olunmuşdur. Azərbaycan dünyaya öz imkanlarını təqdim etmişdir. “Əsrin kontraktı” imzalanmışdır. Sonra isə “Şahdəniz” qaz yatağının işlənməsi üzrə kontrakt imzalanmışdır. Demokratik islahatlar aparılmağa başlanılmışdır. Məhz o illərdə milli ideologiyamız - Azərbaycançılıq məfkurəsi formalaşmışdır ki, bu gün də bütün Azərbaycan xalqını birləşdirir. Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlanmışdır. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur.

1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin.

Müstəqilliyimizin ilk illərində baş vermiş hadisələr bizə çox baha başa gəldi. O hadisələri yada salarkən bir daha görürük ki, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Bu gün Azərbaycan müstəqil dövlət kimi özünü dünya miqyasında təsdiqləyib. Müstəqilliyə gedən yol, bax, qeyd etdiyim hadisələrdən başlamışdır.

2003-cü ildən sonra Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. Bu siyasətin alternativi yoxdur. Son illərin təcrübəsi onu göstərir ki, ölkəmiz və xalqımız yalnız bu yolla qabağa gedə bilər. Biz Ulu Öndərin siyasi irsinə sadiqik, onun siyasətini davam etdiririk, zənginləşdiririk. Təbii ki, vəziyyət dəyişir, dünya dəyişir. Bu gün bölgədə yaşanan hadisələr, problemlər o vaxt mövcud deyildi. Biz bütün çağırışlara hazırıq. Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir, müasir dövrün çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir. Bu gün Azərbaycan dünya miqyasında müstəqil siyasət aparan ölkələrdən biridir. Son illərin tarixi bunu bir neçə dəfə sübut etmişdir.

Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir.

Bu gün bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, təhlükəsizliyi dayanır. Azərbaycanda təhlükəsizlik məsələləri lazımi səviyyədə təmin edilir. İctimai-siyasi sabitlik mövcuddur. İnsanların rifah halı yaxşılaşır. Baxmayaraq, bu gün hələ ki, davam edən dünya iqtisadi və maliyyə böhranı bizə də öz təsirini göstərmişdir. Ancaq hesab edirəm ki, biz bu böhrandan şərəflə çıxa bilmişik və bu gün iqtisadi sahədə heç bir problem yaşanmır. Maliyyə vəziyyətimiz sabitdir, iqtisadi inkişaf davam edir, neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi ilə əlaqədar problemlər olsa da, ancaq biz bu problemlərin öhdəsindən şərəflə gəlirik. Əminəm ki, 2016-cı ili də biz uğurla başa vuracağıq. Nəyə görə? Ona görə ki, əvvəlki illərdə dayanıqlı iqtisadi inkişaf təmin edilmişdir, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox ciddi addımlar atılmışdır. Bununla bərabər, Heydər Əliyevin neft strategiyası Azərbaycanda uğurla icra edilmişdir.

Bu strategiya 1994-cü ildən icra edilməyə başlamışdır. “Əsrin kontraktı”nın imzalanması tarixi hadisədir. Bu gün “Əsrin kontraktı” çərçivəsində aparılan işlər bizim iqtisadi gücümüzü artırır. 1996-cı ildə “Şahdəniz” qaz yatağının işlənməsi ilə bağlı imzalanmış kontrakt bu gün nəinki Azərbaycanın, bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir, Azərbaycanın geosiyasi imkanlarını və vəziyyətini böyük dərəcədə möhkəmləndirir. 1999-cu ildə Bakı-Supsa neft kəmərinin inşası və Ulu Öndərin şəxsi iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşının qoyulması Heydər Əliyev neft strategiyasının əsas amilləridir. Bu gün bu istiqamətdə əlavə tədbirlər görülür. Ulu Öndərin başladığı layihələr tam icra edilibdir. 2006-2007-ci illərdə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri istismara verildi. Bu gün biz “Cənub Qaz Dəhlizi” layihəsinin icrası ilə fəal məşğuluq və bu istiqamətdə də çox böyük uğurlara imza atmışıq.

Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır. Bizim beynəlxalq mövqelərimiz böyük dərəcədə möhkəmlənmişdir. Azərbaycanı indi bütün dünya ictimaiyyəti tanıyır və bizim fəaliyyətimizə böyük rəğbətlə yanaşır. Azərbaycanda keçirilən qlobal beynəlxalq tədbirlər həm imkanlarımızı, gücümüzü göstərir, eyni zamanda, bizə olan hörməti daha da artırır. Bu il Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çox böyük uğurla keçirilmişdir. Keçən il Avropa Oyunları böyük uğurla keçirilmişdir, gələn il İslam Həmrəylik Oyunları keçiriləcəkdir. Bu və digər mötəbər tədbirlər dünyanın diqqətini cəlb edir. Bu, bizim dövlətimizi gücləndirir. Əfsuslar olsun ki, Ermənistan, onun xaricdəki havadarları və erməni lobbisinin nümayəndələri uzun illərdir bizə qarşı çirkin kampaniya aparırlar. Onlar böhtan, şər, qarayaxma kampaniyası aparırlar ki, bizi ləkələsinlər. Onların geniş maliyyə imkanları var. Bir çox hallarda onlar başqa müəlliflərin arxasında gizlənərək müxtəlif mətbu orqanlarda Azərbaycana qarşı qərəzli və təhqiredici yazılar da dərc edirlər, daim anti-Azərbaycan kampaniyası aparırlar. Onların bir nömrəli hədəfi Azərbaycandır. Belə olan halda, əlbəttə ki, biz öz həqiqətlərimizi, real vəziyyəti dünyaya çatdırmalıyıq. Əlbəttə, bu istiqamətdə bir çox işlər görülür. Ancaq Bakıda, Azərbaycanın digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə ki, xüsusi əhəmiyyət daşıyır. Çünki buraya gələn qonaqlar Azərbaycan reallıqlarını öz gözləri ilə görürlər. Görürlər ki, bu, müasir, inkişafda olan ölkədir. Görürlər ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Görürlər ki, Azərbaycanda insanlar rahat, demokratiya şəraitində yaşayırlar. Azərbaycanda insan haqları qorunur, bütün azadlıqlar mövcuddur.

Azərbaycan sürətli inkişaf yolundadır. Bu inkişafı biz öz hesabımıza qazanmışıq. Nəyi qazanmışıqsa, nəyi əldə etmişiksə, ancaq Azərbaycan xalqının zəhməti hesabına, düşünülmüş siyasət nəticəsində əldə etmişik. Bizə heç kim kömək etməmişdir, etmir və etməyəcəkdir. Buna ehtiyac da yoxdur. Ancaq biz öz işimizi elə qurmuşuq ki, bütün sahələr üzrə konkret proqramlarımız var və onlar icra edilir.

Azərbaycan gələcək illərdə beynəlxalq aləmdə daha da böyük hörmətə layiq olacaqdır. Ölkə daxilində proseslər müsbət istiqamətdə gedir. Bizim regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz nəinki ölkəmizi, qonşu ölkələri də gücləndirir. Bizdə gələcək inkişafla bağlı çox dəqiq proqramlar var və gələcəyə baxışımız çox dəqiqdir. Növbəti illərdə görüləcək işlər bizi daha da gücləndirəcəkdir. Ölkəmizin gələcək inkişafı ilə bağlı bizdə heç bir şübhə yoxdur. Azərbaycan bundan sonra da inkişaf yolu ilə gedəcək. Ölkə qarşısında duran bütün problemlər öz həllini tapır, tapacaq, o cümlədən sosial sahədə. Baxmayaraq ki, neftin qiyməti 3-4 dəfə düşüb, Azərbaycanda maaşlar və pensiyalar bu il 10 faiz artırılıb, sosial proqramlar icra edilir, məktəb, xəstəxana tikintisi, köçkünlərin problemləri və digər sosial məsələlər öz həllini tapır.

Qarşımızda duran əsas vəzifə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz bu istiqamətdə həm siyasi, həm diplomatik və digər amillərdən istifadə edərək öz mövqeyimizi danışıqlar prosesində gücləndiririk. Haqq-ədalət bizim mövqeyimizi dəstəkləyir, müdafiə edir. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır, hüquqi cəhətdən Azərbaycanın ayrılmaz hissəsidir. Beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr bizim mövqeyimizi gücləndirir və müdafiə edir.

O ki qaldı, Ermənistan ilə Azərbaycan arasındakı fərqə, bu fərq göz qabağındadır. Mən dəfələrlə demişəm, həm siyasi müstəvidə, iqtisadi sahədə, bütün digər sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində Azərbaycanın üstünlüyünü görməmək mümkün deyil. Aprel döyüşləri onu da göstərdi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və istənilən vəzifəni icra edə bilər.

Beləliklə, bizim gələcək planlarımızla bağlı çox dəqiq təsəvvürümüz var. Biz ölkəmizi daha da gücləndirməliyik, Azərbaycan xalqının rifah halını daha da artırmalıyıq və dünya miqyasında Azərbaycan daha da möhkəm yer tutmalıdır. Bir sözlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün əlbəttə ki, beynəlxalq norma və prinsiplər əsas rol oynayır. Amma biz daha da güclü olmalıyıq və bu yolla gedirik. Bu yol Heydər Əliyev yoludur. Biz onun siyasətinə sadiqik, bu yolla gedirik və bundan sonra da gedəcəyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin edəcəyik. Sağ olun.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul  Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib [YENİLƏNİB] VİDEO

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Kiyevə intensiv hava hücumları edilir

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfərə edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb