“Barselona” klubu “Lion”un müdafiəçisini transfer edib VİDEO
Bakı, 13 iyul, AZƏRTAC
“Barselona” futbol klubu yeni mövsüm öncəsi heyətini gücləndirib.
AZƏRTAC xəbər verir ki, Kataloniya təmsilçisi “Lion”dan Samuel Umtitini transfer edib. İyirmi iki yaşlı fransalı müdafiəçi ilə beşillik müqavilə imzalayıb. İspaniya klubu bu transfer üçün “Lion”a 25 milyon avro ödəyib. Fransa millisinin üzvünün təzminat qiyməti də açıqlanıb. Onu transfer etmək istəyən klublar 60 milyon avrodan keçməli olacaqlar.
Qeyd edək ki, 2011-2016-cı illərdə “Lion”da çıxış edən Umtiti keçirdiyi 131 oyunda 3 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:36]
Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında medal qazanıb
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]
Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]