İDMAN
Azərbaycan gimnastı Marina Durunda Dünya Kubokunda bürünc medal qazanıb [YENİLƏNİB] VİDEO
Mötəbər yarışda topla fərdi proqram üzrə final yarışında rusiyalı gimnast Marqarita Mamun 19.400 xalla qızıl medal qazanıb. Digər rusiyalı Aleksandra Soldatova 19.000 xalla gümüş, İsrail təmsilçisi Neta Rivkin 18.500 xalla bürünc medal qazanıblar. Azərbaycan gimnastı Marina Durunda 17.900 xalla yeddinci olub.
Halqa ilə yarışlarda da rusiyalı gimnastlar fərqləniblər. Yana Kudryavtseva (19.450 xal) qızıl, Marqarita Mamun (18.550 xal) gümüş, Fransa gimnastı Kseniya Mustafayeva (18.500 xal) isə bürünc medala sahib olublar.
Gürzlərlə final yarışında Yana Kudryavtseva və Marqarita Mamun eyni -19.400 xal topladıqları üçün fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fransa təmsilçisi Kseniya Mustafayeva yarışı üçüncü pillədə başa vurub.
Lentlə yarışlarda isə Azərbaycan gimnastı Marina Durunda 18.500 xalla bürünc medal qazanıb. Yarışda 19.400 xal toplayan Marqarita Mamun və Yana Kudryavtseva qızıl medala sahib olublar.
12:21
Bakı, 24 iyul, AZƏRTAC
Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya Kuboku yarışları davam edir. İdmansevərlərimiz ilin əsas hadisəsi olan Rio Olimpiadasından iki həftə əvvəl dünyanın 17 ölkəsindən məşhur gimnastların çıxışlarını izləmək imkanı əldə ediblər.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu – üçüncü günündə gimnastlar fərdi proqram üzrə final yarışına çıxıblar.
Gimnastlar əvvəlcə öz aralarında halqa və topla hərəkətlərdə ən güclünü müəyyənləşdirəcəklər. Daha sonra gürz və lentlə fərdi proqram üzrə çıxış edəcəklər.
Qrup hərəkətləri komandaları isə 5 lent, 3 gürz və 2 halqa ilə final mərhələsində mübarizə aparacaqlar.