9 KİÇİK SES ÖZƏLLƏŞDİRİLƏCƏK
“Kiçik su elektrik stansiyalarının özəlləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 21 dekabr 2001-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti həmin SES-lərin özəlləşdirilməsinin təmin edilməsi üçün məsləhətçi şirkətin cəlb olunması məqsədi ilə açıq tender keçirmişdir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tenderdə “ASPİ Consultinq ənd Engineers” şirkəti qalib gəlmişdir və o, SES-lərin texniki vəziyyətini və özəlləşdirilməsi perspektivini əks etdirən hesabat hazırlamışdır.
Özəlləşdirilməsi nəzərdə tutulan 9 kiçik SES-dən 3-nün bazasında açıq səhmdar cəmiyyəti yaradılmış, digərlərinin isə kiçik müəssisə kimi özəlləşdirilməsi ilə bağlı müvafiq sənədlər toplusunun hazırlanması işləri başa çatmaqdadır.
Özəlləşdiriləcək SES-lərdə hasil olunacaq elektrik enerjisinin ötürülməsi qaydalarının, satış tariflərinin, istehlakçılarının və digər məsələlərin məsləhətçi şirkətinin yardımı ilə və beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən edilməsi nəzərdə tututulur. Özəlləşdirmə prosesinə maraq göstərən potensial sərmayəçilər üçün məsləhətçi şirkətlə birlikdə məlumat topluları hazırlanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [18:50]
Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq
- 22.09.2026 [18:22]
Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK
- 22.09.2026 [17:57]
® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?
- 22.09.2026 [16:26]