ELM VƏ TƏHSİL


Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində olub

Bakı, 30 oktyabr, P.İmanova, AZƏRTAC

Oktyabrın 30-da Alman Bundestaqının nümayəndə heyəti Azərbaycan Dillər Universitetində (ADU) olub.

AZƏRTAC xəbər verir ki, səfərin əsas məqsədi Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramında iştirak edəcək ən yaxşı iştirakçını seçmək olub.

Əvvəlcə Berlin Humbolt Universitetinin tədqiqatlar üzrə vitse-prezidenti professor Peter Frenş və Almaniya Parlamentində şöbə müdiri Birgit von Pfluqdan ibarət nümayəndə heyəti rektor, akademik Kamal Abdulla ilə görüşüb.

Kamal Abdulla bu proqramın hər iki tərəf üçün maraqlı və əhəmiyyətli olduğunu söyləyib. ADU-nun tədris proqramı, onun nəzdində fəaliyyət göstərən Germanistika İnstitutu barədə məlumat verən rektor bildirib ki, ali məktəbdə alman dili və tarixi öyrənilir, müasir Almaniya ilə bağlı araşdırmalar aparılır. Vurğulanıb ki, bu institutun fəaliyyəti ümumi əməkdaşlığın inkişafına mühüm töhfə verir.

Azərbaycandakı multikultural mühit barədə məlumat verən Kamal Abdulla Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Auqusburq Universiteti ilə bu istiqamətdə geniş əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Sonra tələbələrlə görüşən qonaqlar Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında təqdimatla çıxış ediblər. Bildirilib ki, Alman Bundestaqının Beynəlxalq Parlament Təqaüdü (IPS) hər il ali məktəbi bitirən 7 nəfərədək azərbaycanlı gəncə Bundestaqın bir deputatının yanında çoxsaylı iş təcrübəsi keçərək parlamentar qərarvermə proseslərinə yaxından nəzər salmaq imkanı verir.

Görüşdə IPS proqramı ilə bağlı film nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.