Aqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaq
Gəncə, 28 fevral, Elcan Məmmədov, AZƏRTAC
Aqrar Universitetin bir qrup tələbəsi Avropada təhsil alacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Erasmus+” proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində bir semestr təhsil alacaq və təcrübə keçəcək bir qrup tələbə ilə görüş keçirilib.
Görüşdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov deyib ki, cari il ADAU-nun 22 tələbəsi “Erasmus+” proqramı çərçivəsində Avropanın müxtəlif ölkələrində həm təhsil almaq həm də təcrübə keçmək imkanı əldə edəcək. Bildirilib ki, xaricdə təhsilin ən böyük üstünlüklərindən biri xarici dil biliklərini daha da təkmilləşdirməkdir. Z.Qurbanov xaricdə təhsil alan hər bir tələbənin ölkənin təmsilçisi olduğunu diqqətə çatdıraraq tələbələrə tövsiyələrini verib.
Sonra xaricdə təhsil alacaq tələbələrin valideynləri ilə onlayn görüş təşkil olunub.