SİYASƏT


Avrasiya İqtisadi Zirvə Görüşündə Dağlıq Qarabağ mövzusu müzakirə olunur

İstanbul, 8 oktyabr, AZƏRTAC

İstanbulda XXIII Avrasiya İqtisadi Zirvə Görüşü işini davam etdirir.

AZƏRTAC xəbər verir ki, Türkiyədə fəaliyyət göstərən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfi tərəfindən təşkil olunan toplantı onlayn formatda baş tutub.

Görüşün ikinci günündə “Davam edən insanlıq dramı- Dağlıq Qarabağ”, “Sülh və təhlükəsizlik”, “Terror və bölgəsəl qarşıdurmalar”, “Qloballaşmada gücün yeni balansları və koronavirusdan sonra yeni balansların işığında hörmət və idarəetmə” və “Dəyişiklik liderləri-qadın lider platforması” mövzuları müzakirə olunacaq.

Tədbirdə dünyanın 45 ölkəsinin nümayəndələri iştirak edirlər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.