Azərbaycan Dövlət İnformasiya Agentliyi

Avropa Şurasında Ermənistanda keçirilən parlament seçkilərində yol verilmiş kütləvi qanun pozuntularından bəhs edilib

Avropa Şurasında Ermənistanda keçirilən parlament seçkilərində yol verilmiş kütləvi qanun pozuntularından bəhs edilib

Strasburq, 25 aprel, AZƏRTAC 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Büro və Daimi Komitənin ötən sessiyadan sonrakı fəaliyyətləri ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov çıxış edərək, Ermənistanda keçirilmiş parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Üzv ölkələrdə keçirilən hər bir parlament seçkisinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan R.Hüseynov deyib: “Parlament Assambleyasının deputat tərkibi məhz həmin seçkilərin nəticələrinə uyğun formalaşır. Ona görə də biz bu seçkilərin hər birini diqqətlə izləməyə, prosesləri təhlil etməyə, nəticələr çıxarmağa borcluyuq. Martın 26-da Bolqarıstanda keçirilən növbədənkənar parlament seçkiləri ayrı-ayrı qüsurlara və pozuntulara baxmayaraq, bütövlükdə müsbət dəyərləndirilsə də, təəssüf ki, eyni sözü aprelin 2-də Ermənistanda keçirilmiş seçkilər haqqında söyləmək mümkün deyil. Mən bu fikri yalnız Ermənistan cəmiyyətinin fəal üzvlərindən gəlib çatan çoxsaylı məlumatlar əsasında səsləndirmirəm. Ermənistandakı seçkiləri qiymətləndirərkən yerli müşahidəçilərdən ibarət “Vətəndaş müşahidəsi” adlı təşəbbüs qrupunun rəyini də əsas götürmürəm. Mövcud 2009 məntəqədən 1521-də həmin təşəbbüs qrupunun 3112 üzvünün apardığı müşahidə və təhlillərdən çıxardığı acınacaqlı nəticə bundan ibarətdir ki, Ermənistanda saysız-hesabsız pozuntularla müşayiət edilən parlament seçkiləri əhalinin seçkilərə olan inamını tamamilə məhv edib. Keçmiş Ermənistan prezidenti, indi müxalif “Ermənistan Milli Konqresi” partiyasının lideri Levon Ter-Petrosyan isə diktatura rejiminin seçkinin nəticələrini müəyyənləşdirən orta təbəqəni büsbütün məhv etdiyini bəyan edib. Mən Ermənistandakı mütərəqqi qüvvələrin, müxalif partiyaların, mətbuatın da kəskin tənqidi qeydlərini bir kənara qoyaraq, diqqətinizi nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyalarının çıxardığı nəticələrə yönəldirəm”.

Bir sıra mötəbər beynəlxalq təşkilatların Ermənistandakı seçkilərə verdiyi son dərəcə mənfi qiymətlərdən sitatlar gətirən deputat Rafael Hüseynov bu seçkilərin xalqın iradəsini ifadə etmədiyini bildirib: “ATƏT-in seçkiləri müşahidə edən qısamüddətli missiyasının koordinatoru İqnasio Sançes Amor səslərin satın alınması, xırda bizneslə məşğul olanlara ciddi təzyiq göstərilməsi, mətbuatın hüquqlarının kobud şəkildə dəfələrə pozulmasına bilavasitə şahid olduqlarını təsdiqləyir. Avropa Parlamentinin seçkiləri izləyən nümayəndə heyətinin rəhbəri Heidi Hautala bəyan edib ki, onlardakı səhih məlumatlara görə, Ermənistandakı parlament seçkiləri səslərin total şəkildə satın alınması, çoxsaylı hüquq pozuntuları, seçicilərə genişmiqyaslı təzyiqlərlə müşayiət olunub. Avropa İttifaqının Ermənistandakı parlament seçkilərini müşahidə edən nümayəndə heyətinin rəhbəri Pyotr Svitalski isə qeydə aldıqları çoxsaylı nöqsan və cinayətlərin əsasında Ermənistandakı seçkilərin mahiyyətini siyasi leksikonda yenilik sayıla biləcək yığcam ifadə ilə “siyasi korrupsiya” adlandırıb. Lakin onun başqa bir dəyərləndirməsi də var. Pyotr Svitalskinin sözlərinə görə, Ermənistandakı seçkilərdə ən ağlasığmaz hal və indiyədək müşahidə etdiyi ən əcaib seçki saxtakarlığı psixiatriya müalicəxanalarındakı ruhi xəstələrin həkimlərin yönəltməsi ilə hakim partiya səs vermələri olub. Ancaq ədalət və obyektivlik naminə mən Avropa İttifaqı missiyası rəhbərinin Ermənistandakı seçkilərdə müşahidə edilmiş bu halı ağlasığmaz adlandırması ilə razılaşa bilmərəm. Əksinə, bu, çox ağlabatan və məntiqli, həm də rəmzi məna daşıyan haldır. Çünki öz xalqını inkişaf və tərəqqidən məhrum edərək səfil vəziyyətə salmış, iqtisadi və mənəvi sarsıntılar girdabına sürükləyən Ermənistan iqtidarına səsi elə yalnız dəlilər verə bilər!”

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Prezident: Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir

Azərbaycan Prezidenti: Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır

Prezident İlham Əliyev: Biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Siyəzəndə maliyyə xidmətləri sahəsində vətəndaşların müraciətləri dinlənilib

“Politico”: ABŞ Kubaya qarşı hərbi güc tətbiqinə daha ciddi yanaşır

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 85 milyard dolları ötüb

WUF13 qlobal urbanizasiya problemlərinin həlli baxımından mühüm platformadır - ŞƏRH

Birinci rübdə Mingəçevir Sənaye Parkında ixrac 78 faizdən çox artıb

Şahzadə Uilyam hersoqluq mülklərinin 20 faizini satır

ÜTT rəhbəri: Qlobal ticarət son 80 ilin ən ağır böhranını yaşayır

Ərdoğan: Türkiyə TDT-nin güclənməsi üçün bütün imkanlardan istifadə edəcək

İsveç ilk dəfə NATO xarici işlər nazirlərinin görüşünə ev sahibliyi edəcək

WUF13 Türkiyə mediasının diqqət mərkəzindədir

Tramp: İrana böyük hücum etməyə hazırlaşırdıq

Meteoroloqlar: Həcc günlərində Məkkədə temperatur 47 dərəcəyə çatacaq

Ştutqartda keçirilən Türk Mədəniyyəti Günlərində Azərbaycanın milli-mədəni irsi də təqdim edilib

Araşdırma: Süni intellektdən tam asılılıq insan zəkasını zəiflədə bilər

ABŞ-də məsciddə baş verən atışmada azı 5 nəfər ölüb YENİLƏNİB

ABŞ-də hantavirusdan ölüm hadisəsi qeydə alınıb

WUF13 çərçivəsində təşkil olunan tədbirdə şəhərsalma mövzusu sənət və poeziya dili ilə təqdim edildi

WUF13 çərçivəsində rəsmi açılış mərasimi, liderlərin bəyanatları, mətbuat konfransı və “Urban Expo” sərgisinin açılışı olub

WUF13 çərçivəsində təşkil olunan “Urban Expo” sərgisində Azərbaycan pavilyonu fəaliyyətə başlayıb

WUF13-də iştirak edən dövlət başçılarının və nümayəndə heyətlərinin şərəfinə rəsmi ziyafət verilib VİDEO

Pezeşkian: ABŞ ilə dialoq təslim olmaq demək deyil

Tramp ərəb liderlərinin xahişi ilə sabah İrana planlaşdırılan hücumu təxirə salıb

WUF13 Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu qlobal tribunadır - ŞƏRH

İlon Mask “OpenAI”yə qarşı məhkəməni uduzub

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir

Marneulidə “Ozan Saz” televiziya müsabiqəsinin seçim mərhələsi olub

Beynəlxalq Muzeylər Günü ilə əlaqədar Şəkinin muzeylərinə ekskursiyalar təşkil olunub

Yohan Vadeful: Türkiyə Ukrayna və İrandakı münaqişə ocaqlarına ciddi təsir göstərmək imkanına malikdir

Beynəlxalq Muzeylər Günü münasibətilə “Açıq qapı günü” elan olunub

Bakıda küçə itlərinə həsr olunmuş sərgi açılıb

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

Qırğız ekspert: WUF13 Bakının beynəlxalq şəhərsalma platformasında mövqeyini daha da gücləndirir

Rəcəb Tayyib Ərdoğan: Türkiyə iqtisadiyyatı böhran vəziyyətlərinə qarşı davamlı olub

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq

WUF13 çərçivəsində Hindistan pavilyonu açılıb

“Tarixin izləri”: İtaliyada azərbaycanlı rəssamın sərgisi

Honduraslı direktor: Azərbaycan Qlobal Cənub xalqlarının həmrəyliyinin önəmli olduğunu bir daha nümayiş etdirdi

Maka Boçorişvili: WUF13 kifayət qədər yüksək səviyyədə təşkil olunub

Özbəkistanlı nümayəndə: Şəhərsalma sahəsində Azərbaycanla uğurlu əməkdaşlıq edirik

Azərbaycan Rusiyanın birbaşa uçuşlar həyata keçirdiyi ölkələrdən biridir

Hindistan nümayəndəsi: WUF13 müxtəlif ölkələrin təcrübələrinin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Hindistan nümayəndəsi: WUF13 müxtəlif ölkələrin təcrübələrinin paylaşılması baxımından böyük əhəmiyyət daşıyır VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

Bu saata olan əsas xəbərlər

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də

Gürcü nazir: Azərbaycan uzun illərdir enerji sektorunda strateji tərəfdaşımızdır

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq

Ekspert qrupu: Dünya pandemiyalara qarşı yetərincə hazırlıqlı deyil

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir

Mexiko şəhərinin hökumət başçısı: WUF13-ə şəhərsalma ilə bağlı qlobal müzakirələrə töhfə vermək üçün gəlmişik

Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var VİDEO

Oleksiy Kuleba: Azərbaycanla çox məhsuldar əməkdaşlığımız var VİDEO

Can Quoçini şəhərsalma təhdidlərini aradan qaldırmaq üçün hamını birgə səylər göstərməyə çağırıb

İctimai Birlik sədri: Bütün infrastruktur obyektlərində əlçatanlıq məsələsinə xüsusi diqqət yetirilməlidir

“Xankəndi” futbol üzrə Azərbaycan I Liqasına vəsiqə qazanıb

WUF13-də Meksika pavilyonunun açılışı olub

Meksika nümayəndəsi: Azərbaycan çox yüksək səviyyə müəyyən edib

ÜST hantavirus infeksiyasına yoluxma hallarının sayını yenidən 11-ə yüksəldib

İrakli Kobaxidze: Azərbaycanla Gürcüstan arasında imzalanan sənədlər mühüm əhəmiyyətə malikdir

Keniyalı jurnalist: Afrika şəhərləri daşqınlar və mənzil problemi ilə üz-üzədir

AQTİ-nin səyyar laboratoriyası WUF13-də: Dəqiq və operativ nəzarət

“Qarabağ” fransalı futbolçu ilə 3 illik müqavilə imzalayıb

® “Bolt” WUF13 çərçivəsində Bakıda ilk Azərbaycan Təhlükəsizlik Konfransını keçirib

UN-Habitat-ın icraçı direktoru: Yaşayış məskənlərinin həm insanlar, həm də təbiət üçün əlverişli olmasını arzulayırıq

Praqada yaşayan azərbaycanlı şahmatçı bir yarışda 3 medal qazanıb

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib

WUF13: “Urban Expo” sərgisində Azərbaycan Texniki Universitetinin pavilyonu qurulub

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar

Çad nümayəndəsi: WUF13-də iştirak bizim üçün böyük əhəmiyyət daşıyır

Məryəm Nəvaz Şərif: Bakı transformasiya və təkamülün təcəssümüdür

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb VİDEO

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb VİDEO

Kanada nümayəndəsi Azərbaycanın WUF13 liderliyini yüksək qiymətləndirib VİDEO

Kanada nümayəndəsi Azərbaycanın WUF13 liderliyini yüksək qiymətləndirib VİDEO

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

BEA-nın rəhbəri: Kommersiya neft ehtiyatları sürətlə azalır

Slovakiya UN-Habitat-ın gələcək nəsil üçün davamlı şəhər dayanıqlılığı təşəbbüsünü dəstəkləyir

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir

Gənclər Tusinin izi ilə: Mingəçevirdə tələbə düşərgəsi fəaliyyətə başlayıb

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Muxtar respublika büdcəsinin gəlirləri ötən il 91,4 faiz səviyyəsində icra olunub

Ədəbiyyat Muzeyində izdiham: bir gündə 3278 ziyarətçi

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

Çin Qazaxıstanın aparıcı ticarət tərəfdaşı olaraq qalır

Gürcüstanın Baş naziri: Dünya Şəhərsalma Forumunun Bakıda keçirilən sessiyası vacib platformadır

Albana Koçiu: Bakı Prezident Əliyevin transformativ rəhbərliyi ilə mühüm qlobal əlaqə və dialoq mərkəzinə çevrilib

“Rəsmi yazışmalarda Azərbaycan dili” - elmi-praktik təlim

Gəncə Teatrında yeni səhnə əsərinin premyerası olub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi WUF13-ün “Urban Expo” sərgisində pavilyonla təmsil olunur

Zimbabvenin Vitse-prezidenti: Gözəl və tarixi Bakı şəhərində səmimiyyətlə qarşılanmışıq

Deryageldi Orazov: WUF13 çox yüksək səviyyədə təşkil olunub

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev tədbirdə çıxış edib YENİLƏNİB VİDEO