Azərbaycan avtomagistral tikintisi üçün Serbiyaya 300 milyon avro kredit ayırmışdır
Bakı, 3 fevral (AZƏRTAC). Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Liq-Prelina yolunun Koridor 11 sahəsinin tikintisinə Azərbaycanın 300 milyon avro kredit ayırması haqqında saziş imzalamışlar.
Serbiyanın Azərbaycandakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, sənəd serbiyalı nazirin Azərbaycana birgünlük səfəri çərçivəsində imzalanmışdır.
İmzalanmadan sonra V.Yeremiç bildirmişdir ki, bu, Azərbaycan ilə Serbiya arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox mühüm addımdır. Azərbaycan hökuməti bu krediti çox əlverişli şərtlərlə ayırmışdır. Layihədə 60 körpünün, 5 tunelin tikintisi nəzərdə tutulmuşdur.
Serbiyaya yol sahəsinin tikintisi üçün kredit 3 ili güzəştli dövr olmaqla 15 il müddətinə 4 faizlə verilmişdir. Avtomagistral tikintisi Azərbaycan və Serbiya şirkətləri tərəfindən birlikdə həyata keçiriləcəkdir. Kredit sazişi Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının ötən ilin noyabrında Belqradda keçirilən iclasında razılaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [13:34]
İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydaları dəyişir
- 23.05.2025 [13:26]
Pambığın alqı-satqısında elektron sənədləşdirmə sistemi tətbiq ediləcək
- 23.05.2025 [12:11]