CƏMİYYƏT


Azərbaycan könüllüləri Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər

Bakı, 5 mart, AZƏRTAC

Martın 5-də Azərbaycan könüllüləri Beynəlxalq Qadınlar Günü münasibətilə aksiya keçiriblər.

AZƏRTAC xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat könüllüləri” proqramının və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən Azərbaycan könüllüləri “8 mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə təbrik aksiyası keçiriblər.

Bakı Nəqliyyat Agentliyinin nəqliyyat könüllülərinin rəhbəri Nahid Quliyev bildirib ki, “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində, avtobuslarda və dayanacaqlarda könüllülər xanımlara gül təqdim edib. Həmçinin onlar “Nizami Gəncəvi İli” münasibətilə hazırlanan Nizami Gəncəvinin gözəl kəlamları yazılmış açıqcalar ilə xanımları təbrik edib, qarşıdan gələn xüsusi gün münasibətilə xoş arzularını çatdırıblar.

Könüllülərin bu sosial təşəbbüsü xanımlar tərəfindən maraqla qarşılanıb. Onlar gənclərə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.