CƏMİYYƏT


Azərbaycanlı deputatlar Qırğızıstan parlamentinə keçirilən seçkilərin gedişini izləyiblər

Bişkek, 28 noyabr, AZƏRTAC

Azərbaycan Milli Məclisinin deputatları Hikmət Məmmədov TÜRKPA-nın, İltizam Yusifov isə MDB missiyasının tərkibində Qırğızıstanda keçirilən parlament seçkilərinin gedişini izləyiblər.

AZƏRTAC xəbər verir ki, ümumiyyətlə seçkilərə 730 xarici müşahidəçi qatılıb.

Parlament seçkilərində 21 partiyanın nümayəndələri və 287 müstəqil namizəd iştirak edib.

Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Nurjan Şayldabekova Bişkekdə keçirdiyi brifinqdə bildirib ki, səs hüququ olan 3 milyon 703 min 420 vətəndaşın 1 milyon 189 min 493 nəfəri səs verib. Bu da seçicilərin 32,12 faizi deməkdir.

İndiki seçkilərdə parlament 90 deputatdan formalaşacaq. Bunun 54-ü partiya siyahıları üzrə seçiləcək, 36-sı müstəqil deputat kimi mandat sahibi olacaq. Qırğızıstan parlamentinin deputatları 5 il müddətinə seçilir.

Seçkilərin ilkin nəticələrinin noyabrın 29-da elan olunacağı gözlənilir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Bişkek

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.