Balakəndə indiyədək 12 min tonadək tərəvəz istehsal olunub
Balakən, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun torpaq mülkiyyətçiləri 2037 hektar sahədə tərəvəz bitkiləri əkiblər. Hazırda təsərrüfatlarda tərəvəz yığımı davam edir. İndiyədək 755,4 hektar sahənin məhsulu yığılıb, 11 min 901 ton tərəvəz istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 157,5 sentner təşkil edir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, mövsümün əvvəlindən indiyədək rayonda 8 min 640 ton xiyar, 563 ton pomidor, 56 ton kələm, 1355 ton yaşıl lobya, 896 ton sarımsaq və 391 ton digər tərəvəz məhsulları istehsal olunub.
Təsərrüfatlarda kartof yığımı da davam edir. Torpaq mülkiyyətçiləri indiyədək kartof əkilmiş 618 hektar sahənin 135 hektarından 1314 ton kartof yığıblar. Hər hektarda orta məhsuldarlıq 97,3 sentner təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]