Böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 18-dən 20-dək Bakı İdman Sarayında böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə ölkə çempionatı keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) qaydalarına uyğun təşkil olunacaq yarışda 10 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşəcək.
Görüşlər hər gün saat 10:00-da başlayacaq. Yarımfinal və medallar uğrunda qarşılaşmalar saat 17:00-da start götürəcək. Turnirin açılış mərasimi dekabrın 19-da saat 16:30 başlayacaq.
Reqlamentə əsasən, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Ertəsi gün bu növdə medal görüşləri keçiriləcək. Dekabrın 19-da sərbəst güləşçilərin mübarizəsinə də start veriləcək. Sərbəst güləşçilərin qızıl və bürünc medal uğrunda qarşılaşmaları isə dekabrın 20-də baş tutacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [14:16]
Azərbaycan badmintonçuları beynəlxalq turnirdə 17 medal qazanıblar
- 25.08.2026 [13:34]
“Mançester Siti”nin futbolçusu “Tottenhem”ə keçib
- 25.08.2026 [13:13]
“Qarabağ” braziliyalı futbolçu üçün yeni təklif göndərib
- 25.08.2026 [12:55]
Elmar Baxşıyev: “Hapoel”lə matçı "Sabah" üçün tarixi oyun adlandırmaq olar
- 25.08.2026 [12:33]
Azərbaycanın cüdo millisi Vətənə iki medalla qayıdıb
- 25.08.2026 [10:39]
Rumıniyalı voleybolçu: Azərbaycan millisi xeyli inkişaf edib
- 25.08.2026 [10:23]