MƏDƏNİYYƏT


Görkəmli bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçirilib

Bakı, 25 sentyabr, AZƏRTAC

Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Xəzər” universitetində SSRİ Xalq Artisti, bəstəkar Murad Kajlayevin müəllif gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları bəstəkarın yaradıcılığından bəhs edən videoçarxa tamaşa ediblər.

“Xəzər” universitetinin təsisçisi, professor Hamlet İsaxanlı bəstəkarın yaradıcılığının Azərbaycan və Dağıstan xalqları arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini qeyd edib.

Bəstəkarlar İttifaqının katibi Sərdar Fərəcov, Xalq artisti Tofiq Bakıxanov, rejissor Əli Usubov, bəstəkar Telman Hacıyev və digər çıxış edənlər Murad Kajlayevin çoxşaxəli yaradıcılığından danışıb, onun musiqisinin dünyanın bir çox ölkələrində səsləndiyini vurğulayıblar.

Sonra konsert proqramı təqdim olunub. “Xəzər” universitetinin kamera orkestrinin ifasında bəstəkarın əsərlərindən parçalar səsləndirilib.

Tədbirin sonunda Murad Kajlayev gecənin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib, yaradıcılığı haqqında kitabı universitetə bağışlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.