MƏDƏNİYYƏT


Həftəsonu Kukla Teatrında maraqlı tamaşalar olacaq

Bakı, 16 aprel , AZƏRTAC

A.Şaiq adına Azərbaycan Dövlət Kula Teatrı da digər sənət ocaqları kimi həftəsonu maraqlı tamaşalarla balacaları sevindirəcək.

AZƏRTAC xəbər verir ki, sənət ocağının yaradıcı heyəti bu həftə üçü rus, üçü isə Azərbaycan dilində olmaqla altı səhnə əsəri ilə balaca tamaşaçılarının görüşünə gələcək. Belə ki, balacalar aprelin 19-da Rus xalq nağılı “Turp” və “Çipollino”, aprelin 20-də isə “Maşa və ayı”, “Durna balığı” tamaşalarını izləyəcəklər. Həmçinin, balacalar aprelin 21-də “Piter pen” və “Qoğal”a baxa biləcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.