Azərbaycan Dövlət İnformasiya Agentliyi

İrəvan Müəllimlər Seminariyası- 140

Bakı,13 yanvar, AZƏRTAC

“İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 dekabr tarixli Sərəncamını milli yaddaşın bərpasına hədəflənib. Hər bir millət gələcəyə öz tarixinin çiynində gedir. Keçmişi bilməmək yalnız indi baş verənlərin dərkinə deyil, həm də gələcəyə nüfuz etmək təşəbbüslərinə mane olur. Keçmiş bu günlə bağlı olduğu kimi, həm də gələcəklə sıx bağlıdır. Təkcə bu günü deyil, sabahı, gələcəyi dərindən dərk etmək, qiymətləndirmək baxımından da keçmişi yaxşı öyrənməli və sələflərimizin yaratdıqları mənəvi dəyərlərə sahib çıxmalıyıq. Bu baxımdan İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam mühüm elmi-pedaqoji, siyasi-ideoloji, mədəni-mənəvi əhəmiyyət kəsb edir. Bu Sərəncam İrəvan mahalında azərbaycanlıların min illər boyu yaratdığı tarixi irsə sahib çıxmaqla yaddaşımızı bərpa etməyə və strateji hədəflərə nail olmağa yönəlib.

Bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsil fakültəsinin dekanı pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmovun “İrəvan Müəllimlər Seminariyası - 140” sərlövhəli yazısında yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

İrəvanda yeni məktəb sisteminin yaradılması XIX əsrin 30-cu illərinə təsadüf edir. Yerli xalqları itaətdə saxlamaq, ruslaşdırma və xristianlaşdırma siyasətini həyata keçirmək, çarizmin hökmranlığını möhkəmləndirmək məqsədilə milli ucqarlarda qəza məktəblərinin açılmasını nəzərdə tutan Zaqafqaziya məktəblərinin ilk nizamnaməsi (1829) qəbul olundu. Bu nizamnaməyə görə, Cənubi Qafqazda 20 qəza məktəbinin açılması nəzərdə tutulurdu. 1832-ci ildə İrəvan şəhərində ilk dünyəvi məktəb - ikisinifli qəza məktəbi yaradıldı. Qəza məktəbi 1839-cu ildə üçsinifli qəza məktəbinə, 1869-cu ildə dördsinifli progimnaziyaya, 1881-ci ildə gimnaziyaya çevrildi. Gimnaziyanın 600-ə yaxın azərbaycanlı məzunu olub. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin pedaqoji fəaliyyətinin mühüm bir hissəsi bu gimnaziya ilə bağlı olub. İrəvan şəhərində yeni üsullu anadilli məktəblərin meydana gəlməsi də həmin dövrə təsadüf edir. Məşədi Molla İsmayıl Hacı Kazımov, Mirzə Kazım Əsgərzadə 1882-ci ildə, Mirzə Həsən Rüşdiyyə 1883-cü ildə Təbrizdən İrəvana gələrək orada yeni üsullu məktəblər açdılar. İrəvan quberniyasında ildən-ilə qəza məktəblərinin və ibtidai kənd məktəblərinin yaradılması xalq müəllimlərinə zəruri ehtiyac yaratmışdı. O dövrdə ibtidai məktəblər üçün xalq müəllimləri seminariyalarda və müəllimlər institutlarında hazırlanırdı.

Müəllimlər seminariyasının ilk əsasnaməsinə görə, bu tip təhsil müəssisəsinə 16 yaşdan yuxarı pravoslav oğlan uşaqları qəbul oluna bilərdi. 1875-ci ildə qəbul edilən “Müəllimlər seminariyaları haqqında təlimat”da seminariyalarda pravoslavlarla yanaşı, müsəlmanların da təhsil almasına icazə verildi. Rusiya Dövlət Şurası 1880-cı il oktyabrın 20-də "Kutaisi və İrəvan quberniyalarında müəllimlər seminariyalarının təşkil edilməsi haqqında” qərar qəbul etdi. İrəvan Seminariyasına dövlət xəzinəsindən 28.350 rubl vəsaitin ayrılması nəzərdə tutuldu. İrəvan Müəllimlər Seminariyası 1881-ci il noyabrın 8-də 9 müəllim, 42 şagirdlə İrəvan Xalq Təsərrüfatı İnstitutunun indiki binasında fəaliyyətə başladı. Seminariyanın ilk direktoru görkəmli maarifçi Yakob Stepanoviç Suşevski olub. Burada təhsil müddəti 3 il idi, nəzdində hazırlıq sinfi, nümunəvi ibtidai məktəb fəaliyyət göstərirdi. Tələbələr pedaqoji təcrübəni həmin məktəbdə keçirdilər. Seminariyanın nəzdində pansionat (yataqxana) fəaliyyət göstərirdi. Burada azərbaycanlılarla bərabər, erməni, gürcü, rus və digər xalqların uşaqları təhsil alırdı. Bu qurumun əsasnaməsi Qori Müəllimlər Seminariyasının əsasnaməsi ilə eynilik təşkil edirdi. Seminariya fəaliyyətə cəmi 2 qrupla (böyük hazırlıq qrupu və birinci sinif) başlamışdı. Sonrakı dərs ilində ikinci sinif, 1883-cü ildə üçüncü sinif təşkil olunmuşdu. Digər seminariyalar kimi, İrəvan Müəllimlər Seminariyası da 4 sinifdən ibarət idi. Hər il hazırlıq qrupuna və birinci sinfə şagird qəbulu elan edilirdi. Şagirdlərin II və III siniflərə birbaşa qəbuluna icazə verilmirdi. Birinci sinfə qəbul olunanlar ilahiyyat, rus dili, hesab, həndəsə, coğrafiya, tarix və biologiya fənlərindən imtahan verməli olurdular. 1883/1884-cü tədris ilində hazırlıq qrupunda həftəlik dərs saatlarının miqdarı 36 saat, I sinifdə 38 saat, II sinifdə 39 saat, IV sinifdə isə 40 saat olub. Sonrakı illərdə şagirdlərin və müəllimlərin sayı artıb. 1882-ci ilin dekabr ayına olan məlumata görə, burada 54 şagird oxuyurdu.

Seminariyanın nəzdindəki ibtidai məktəbdə 1882/1883-cü tədris ilində 61 şagird təhsil alırdı ki, onlardan da 13-ü azərbaycanlı idi. 1889-1900-cu illərdə şagirdlərin sayı 82 nəfərə çatmışdı. Nümunə məktəbinin müdiri ayrı-ayrı vaxtlarda V.A.Muxin, A.Suvorov, ilk azərbaycanlı müəllimi isə Məşədi Bağır Qasımzadə olub. Aşağı hazırlıq sinfində azərbaycanlı uşaqları həftədə 5 saat rus dili, 5 saat riyaziyyat, 4 saat ilahiyyat, 2 saat tarix, 2 saat coğrafiya, 2 saat fizika, 2 saat təbiətşünaslıq, 2 saat nəğmə, 2 saat hüsnxət, 2 saat rəsm, 2 saat rəsmxət (həftədə cəmi 30 saat) öyrənirdilər. Azərbaycanlı uşaqlar rus dilini, rus adət-ənənəsini, tarixini və coğrafiyasını öyrəndikdən sonra xristian uşaqları ilə birlikdə oxuya bilərdilər. Aşağı hazırlıq sinfinə rus dilini bilməyən uşaqlar qəbul olunurdu. Azərbaycanlı şagirdlərin aşağı hazırlıq siniflərinə daxil olması və seminariyada 5 il oxuması məcburi deyildi. Siniflər komplektləşdirilərkən şagirdlərin hazırlıq səviyyələri nəzərə alınırdı. Rus dilində danışmağı bacaran, müəyyən hazırlıq səviyyəsi olan şagirdlər yuxarı hazırlıq siniflərinə, yaxud birinci sinfə qəbul edilirdi. Seminaristlər 2-si sinifdə 4 saat, 3-cü sinifdə 8 saat ibtidai məktəbdə təcrübədə olurdular.

İrəvan Müəllimlər Seminariyasında dərs deyən ilk azərbaycanlı müəllim dövrünün görkəmli alimi, maarifçi-pedaqoq Axund Məmmədbağır Qazızadə olub. O, seminariya açılan gündən 1897-ci ilə qədər burada ilahiyyat və Azərbaycan dilindən dərs deyib, 1897-ci ildən 1917-ci ilədək isə yalnız ilahiyyat fənnini tədris edib. 1892-ci ildən başlayaraq seminariyada Azərbaycan dili dərslərini Mirzə Rəhim Xəlilov tədris edib. M.R.Xəlilov özü 1881-ci ildə həmin seminariyanı bitirmiş və bu vəzifəyə müəllimi Axund Məmmədbağır Qazızadənin təqdimatı əsasında götürülmüşdü. Seminariyada Azərbaycan məktəbləri üçün müəllimlərin hazırlanmasında Axund Məmmədbağır Qazızadənin böyük xidmətləri olub. O, bütün bilik və bacarığını müəllim kadrları hazırlığına sərf etmişdir. Ayrı-ayrı vaxtlarda Axund Məmmədbağır Kazımzadə, Mirzə Məmmədvəli Qəmərli, Rəşid bəy Şahtaxtinski, Məmmədbağır Qazızadə, Həmid bəy Şahtaxtinski, Cəfər bəy Cəfərbəyov, Məmməd Axundov, Axund Məmmədbağır Tağızadə, Mirzə Cabbar Məhəmmədzadə seminariyada şəriət və ya Azərbaycan dili fənnini tədris ediblər.

Digər seminariyalarda olduğu kimi, İrəvan Müəllimlər Seminariyasında da təhsil pullu idi. Şagirdlərin müəyyən hissəsi dövlət vəsaiti hesabına oxuyurdu. Qəbul olunanlar birinci dərs ilində 210 manat, sonrakı illərdə isə 180 manat təhsil haqqı ödəyirdilər. 1907-ci ilin məlumatına əsasən, burada təhsil alan 70 şagirddən yalnız 20 nəfəri öz hesabına oxuyurdu. “Qafqaz kalendarı”nın 1913-cü il sayında verilən məlumata görə, seminariyada təhsil alan 128 tələbədən 46-sı rus, 37-si erməni, 30-u azərbaycanlı, 6-sı gürcü, 9-u digər millətin nümayəndələri olublar.

İrəvan Müəllimlər Seminariyasının ilk buraxılışı 1884-cü ildə olub. Həmin il məktəbi 5 azərbaycanlı bitirmişdi. Seminariyanın 10-cu buraxılışı 1893-cü ildə, 20-ci buraxılışı 1903-cü ildə, otuzuncu buraxılışı isə 1913-cü ildə olub. XIX əsrin sonlarında Cənubi Qafqazda işləyən kənd məktəbləri müəllimləri və müdirlərinin xeyli hissəsi müxtəlif illərdə həmin seminariyada ekstern yolu ilə imtahan verərək müəllimlik hüququ qazanmışdılar. Seminariyanın pedaqoji şurasının qərarına əsasən, 1895-ci ildə Cəlil Mirzəyev, Tağı bəy Səfiyev, Məmməd bəy Qazıyev, 1902-ci ildə isə İbadulla bəy Muğanlinski, Cabbar Məmmədov, Şamdan Mahmudbəyov və başqalarına kənd müəllimi adı verilib. Bu nəcib işin də təşəbbüsçüsü və təşkilatçısı qocaman maarif xadimi Axund Məmmədbağır Qazızadə olub. Məzunların təyinat üzrə kənd məktəblərində işləməsi məcburi idi. Seminariyanın 1910-cu il məzunu Mehdi Kazımova verilən sənəddən aydın olur ki, o, təyinat üzrə 6 il işləməyə borcludur, əks halda xəzinəyə 520 rubl ödəməlidir.

Əhməd bəy Qaziyev, Əli Əşrəf Qaziyev, Həsən bəy Axund Molla Xəlil bəy oğlu Qaziyev, Fərəməz Mahmudbəyov, Yusif bəy Qaziyev (Qazızadə), Məmməd bəy Əli bəy oğlu Mahmudbəyov, Xəlil Məmmədəliyev, Həsən Nəsirbəyov, Saleh Məşədi Teymur oğlu Güllücinski, Ağa bəy Rəhim bəy oğlu Firudinbəyov, Abbas Qədimov, Abbas Allahverdi oğlu Qədimov, Mir Haşım bəy Vəzirov, Əli Sultanov, Fərrux Ağakişibəyov, Əli Cəlilzadə, Mirzə Bağır Əliyev, Şıxəli bəy Firudinbəyov, Cəfərbəy Cəfərbəyov, İbrahim Şahtaxtlı, Vahid Musabəyov, Rəşid bəy İsmayılov, Həbib bəy Səlimov, İsmayıl bəy Şəfibəyov, Nəcəf bəy Vəzirov, Haşım bəy Vəzirov, Mirzə Abbas Məhəmmədzadə, Cabbar Məhəmmədzadə, İbadulla bəy Muğanlinski, Vahid Musabəyov, Hüseynəli bəy Rüstəmbəyov, Tağı bəy Səfiyev, Haşım bəy Nərimanbəyov, Şamil Mahmudbəyov, Həmid bəy Şahtaxtinski, İbadulla bəy Muğanlinski və başqları ayrı-ayrı vaxtlarda seminariyanın məzunları olublar. Türkiyənin görkəmli rəssamlarından olan İbrahim Səfi də həmin seminariyanı bitirib.

Seminariyaya ayrı-ayrı vaxtlarda Yakob Stepanoviç Suşevski, İvan Andreyeviç Pasyuteviç, Mixail Alekseyeviç Miropiyev, Valentin Vasilyeviç Dubromin rəhbərlik ediblər.

İrəvan Müəllimlər Seminariyası şəhərdə yalnız təhsil ocağı deyil, elm və mədəniyyət mərkəzinə çevrilmişdi. 1881-ci ildən 1914-cü ilədək İrəvan Müəllimlər Seminariyasını 63 azərbaycanlı bitirmişdi.

1915-ci ildə İrəvan Müəllimlər Seminariyası Sərdarabada (indiki Armavirə) köçürüldü və 1918-ci ilə kimi orada fəaliyyət göstərdi. Həmin dövrdə seminariyaya B.B.Dobromin rəhbərlik edirdi. Seminariyada 3 ilahiyyat müəllimi, 9 fənn müəllimi və 1 həkim çalışırdı. Azərbaycan dili fənnini Mirzə Cabbar Məmmədov, şəriət fənnini isə Axund Məmmədbağır Qazızadə tədris edirdi. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə səbəbindən seminariya fəaliyyətini dayandırdı, müəllimlərin və tələbələrin bir qismi amansızcasına qətlə yetirildi, sağ qalanlar isə doğma yurdlarını tərk edərək Türkiyə və Azərbaycana pənah apardılar. Çar Rusiyasının bilavasitə dəstəyi ilə qədim Azərbaycan torpağında yaradılan İrəvan quberniyasının əsasında Rusiya Sovet Federativ Sosialist Respublikasının köməyi ilə ilk erməni dövləti (Ararat) yaradıldı. Bu torpağın qədim sakinləri - azərbaycanlılar isə öz vətənlərində azsaylı xalqlardan birinə çevrildilər. Ermənistan K(b)P MK-nın nəzdində fəaliyyət göstərən Azsaylı xalqlar şöbəsinin müdiri Bala Əfəndiyevin, Xalq Maarif Komissarlığının “Azlıqda qalan millətlər" bürosunun rəhbəri Mehdi Kazımovun, "Zəngi" qəzetinin məsul redaktoru Mustafa Hüseynovun və digər ziyalıların milli iradəsi və təkidli tələbləri sayəsində 1924-cü ilin oktyabrın 15-də İrəvan Müəllimlər Seminariyasının xələfi olan İrəvan Türk Pedaqoji Texnikumu açıldı. Bir il sonra İrəvan Türk Pedaqoji Texnikumuna dövlət xadimi Nəriman Nərimanov adı verildi. Məqsəd azərbaycanlıların təhsil aldığı məktəbləri ibtidai sinif müəllimi ilə təmin etmək idi. Lakin İrəvan Müəllimlər Seminariyasının ənənələrini yaşatmaqla bölgədə əbədi-mədəni və təhsil mühitinin formalaşmasında və inkişafında mühüm rol oynayan Türk Pedaqoji Texnikumu ilk vaxtlardan böyük çətinliklərlə üz-üzə qaldı. 1949-cu ildə isə azərbaycanlıların indiki Ermənistan ərazisindən kütləvi deportasiyası ilə əlaqədar olaraq Xanlar rayonuna köçürüldü... Beləliklə də, azərbaycanlıların indiki Ermənistan ərazisindən - Qərbi Azərbaycandan kütləvi deportasiyasına zəmin hazırlandı və 1988-ci ilin qarlı-şaxtalı noyabr- dekabr aylarında həyata keçirildi.

Millət yaratdığı şərəfli tarixi ilə özünü ifadə edir. İndi yadlara, yağılara qalan qədim İrəvan şəhərində 140 il bundan əvvəl fəaliyyətə başlayan Müəllimlər Seminariyası təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələrindən birini təşkil edir.

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin keçirilməsi ilə bağlı Sərəncam təhsil tarixinin şərəfli bir səhifəsinin daha ətraflı öyrənilməsinə, tədqiq və təbliğ olunmasına təkan verəcəkdir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Şərqi Sakit okeanda narkotik daşıyan gəmini məhv edib

ABŞ Braziliyada prezident seçkilərində məğlub olan Bolsonaru və ailəsinə viza verib

Tramp Venesuelanın ABŞ-nin 51-ci ştatına çevrilməsini təklif edib

İsraildə parlament seçkilərində səsvermə başa çatıb

Azərbaycanın voleybol klubu avrokuboklarda ilk qələbəsini qazanıb

Ölkə birinciliyində aerobika gimnastikası üzrə ilk qaliblər müəyyənləşib

NYT: ABŞ Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı sanksiyaları ləğv etməyi nəzərdən keçirir

Moskva sülh sazişi üzrə sənədlər razılaşdırıldıqdan sonra Putinlə Zelenskinin görüşünü keçirməyi təklif edir

Naxçıvan Dövlət Uşaq Teatrının 20 illik yubileyi qeyd olunub

Rusiya və İran prezidentləri regiondakı vəziyyəti müzakirə ediblər

FIBA Çempionlar Liqası: “Sabah” Fransanın “Nanter” klubuna qalib gəlib

“Turandot” operasının üçgünlük premyera silsiləsi başa çatıb

Milli Kibertəhlükəsizlik Agentliyi “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edib

“Fənərbağça” baş məşqçisi İsmayıl Kartalla yollarını ayırıb

Vətən uğrunda yazılan qəhrəmanlıq dastanı - Azad Hümbətov

Naxçıvanda yeniyetmə həmyaşıdını bıçaqlayıb

Naxçıvan Dövlət Milli Dram Teatrının Bakı qastrolu başa çatıb

Milli QHT Forumu: Bərdədə dinc insanların ölümünə beynəlxalq hüquq çərçivəsində obyektiv qiymət verilməlidir

Azərbaycan Kuboku: “Zirə” penaltilər seriyasında “Səbail”i məğlub edərək 1/8 finala yüksəlib

Ortaq gələcək naminə mədəniyyətlərarası liderlik - plenar sessiya

Dövlət Baxçalı: Azərbaycan-Türkiyə münasibətləri möhkəm və sarsılmazdır

Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq

QMİ sədri VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçıları ilə görüşüb

Brüsseldə Avropa-Azərbaycan Beyin Mərkəzlərinin I Forumu keçirilib

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yeni təşəbbüs: beynəlxalq platformaların birgə səyləri

Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq

Sivilizasiyalararası dialoq və strateji uzaqgörənlik VII Dialoq Forumunun gündəliyində

BTQ Fransa Senatının Korsikaya muxtariyyət verilməsini rədd etməsini pisləyib

QMİ sədri: Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasını bütün dünyaya nümayiş etdirir

Azərbaycanın multikulturalizm modeli: ortaq mədəni təməl və milli həmrəylik - ŞƏRH

Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb
Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib  YENİLƏNİB-2 VİDEO

Cüdo üzrə U-20 Bakı şəhər birinciliyinin qalibləri müəyyənləşib

Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşdə Azərbaycanın qastronomik və regional turizm imkanları vurğulanıb

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Nihat Məmmədli: Final görüşündə öz səhvlərimə görə məğlub oldum VİDEO

Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə üzrə nümayəndələrinin iclası olub

Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq

Baş Prokurorluq və ACTA arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb

Azərbaycan Kubokunda 1/8 finalın növbəti iştirakçıları bəlli olub

Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirmək istəyir

Qurban Qurbanovun əvəzedici komandaya göndərdiyi futbolçu “Qarabağ”dan ayrılıb

UNESCO proqramına 8 mindən çox müraciət arasından 50 gənc lider seçilib

Fransanın Ruan şəhərində baş verən zorakılıq hadisələri ilə bağlı istintaq başlayıb

Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir

Asa Regner: “Sülh naminə gənclər” proqramının ikinci mərhələsinə start veririk

Energetika naziri: İndiyədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib

Sabah Yardımlı şəhəri və 7 kənddə qaz təchizatı dayandırılacaq

Putin: Rusiya və Azərbaycan energetika sahəsində əməkdaşlığın genişləndirilməsini fəal müzakirə edirlər

Baş prokuror İndoneziya və Uqandadan olan nümayəndə heyətləri ilə görüşüb

Azərbaycanın yunan-Roma güləşi yığması dünya çempionatını 3 medalla başa vurub

Ağcabədidə narkotik asılılığının cəmiyyət üçün yaratdığı sosial təhlükələr diqqətə çatdırılıb

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Heç bir dövlət öz təhlükəsizliyini yalnız beynəlxalq mexanizmlərin fəaliyyətinə bağlamamalıdır VİDEO

Sülh quruculuğu sənəti: mədəni diplomatiyanın gücündən istifadə - MÜZAKİRƏ

“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb

Rəvan Həsənov: Dialoq səy, institutlar və hər şeydən əvvəl davamlı insan təması tələb edir

Azərbaycanda xalça istehsalı 61 dəfə, ixracı isə 4 dəfə artıb – QRAFİK

İctimai Şuranın üzvləri Dövlət Proqramının icrası ilə bağlı müzakirələr aparıb

® ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verib

Professor Ramiz Yunus ADU-da Cənubi Qafqazın geosiyasi əhəmiyyətindən danışıb

TÜRKPA-nın Baş katibi Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyəti diqqətə çatdırılıb

Agentlik: 20 Somali vətəndaşı Azərbaycanın ali təhsil müəssisələrində təhsil alacaq

Məhəmməd əl-Məsudi: Müharibələri, qarşıdurmaları qardaşlıq əvəz etsin

Seymur Hüseynov: Bakı Prosesi qlobal forumlardan mədəni əməkdaşlıq mexanizminə çevrilməlidir

Azərbaycan U-23 Avropa çempionatında 8 cüdoçu ilə təmsil olunacaq

Əbdülfəttah Əl-Bəlməşi: Sivilizasiya diplomatiyası praktik müstəvidə tətbiq olunmalıdır

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

UNESCO rəsmisi: Gənclərin qərarların formalaşdırılmasında fəal iştirakını təmin etmək bizim məsuliyyətimizdir

Əmək bazarının ehtiyacları ilə təlim imkanlarının əlaqəsinin gücləndirilməsi əsas çağırışlardandır

Dövlət sərhədini pozmağa cəhd edən xarici ölkə vətəndaşları saxlanılıb

Bakı Beynəlxalq Kitab Sərgisində BDU-nun “Radio jurnalistikası” dərsliyi təqdim olunub

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Nazir müavini: Mədəniyyətlərarası dialoq platformaları arasında əməkdaşlıq gücləndiriləcək

Villiam Davila: IE Liderlik və İnnovasiya Mərkəzi yeni əməkdaşlıq imkanları yaradacaq

Xüsusi nümayəndə: İşğal dövründə mədəni irsimizin bir çox nümunəsi ya təhqir olunub, ya da tamamilə dağıdılıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Baş Prokurorluq ilə Mərakeşin və İraqın antikorrupsiya qurumları arasında Anlaşma memorandumları imzalanıb

Çempionlar Liqası: “Araz-Naxçıvan” Macarıstan klubuna qalib gəlib

İqtisadiyyat Nazirliyi İspaniyanın IE Universiteti ilə Çərçivə Əməkdaşlıq Sazişi imzalayıb

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda əlçatan turizm imkanları diqqət mərkəzində olub

Nazir Məcnun Məmmədov İmişlidə vətəndaşlarla görüşüb

Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb

Mbappe Mao Tszedunla bağlı sözlərinə görə Çindən üzr istəyib

Azərbaycan ilə ICESCO arasında birgə fəaliyyətlər genişləndirilir

Prezidentin mesajları: Beynəlxalq münaqişələrə qarşı Azərbaycan modeli, iki supergüclə əlaqələr – TƏHLİL

Ziba Mustafayeva: Azərbaycanda bacarıqların, səriştələrin və rəqəmsal imkanların inkişafı prioritetlərimizdəndir

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun xüsusi sessiyası başa çatıb

Professor: Mədəniyyətlərarası anlaşmanın təşviqi dinc yanaşı yaşayışın mühüm şərtidir

Almaniyanın 5 əyaləti nüvə tullantılarının basdırılması üçün ərazi seçimindən imtina edib

Türkiyə gələn ildən “Akkuyu” AES-də istehsal olunan elektrik enerjisindən istifadə etməyə başlayacaq

Qızılın qiyməti 4500 dollara yüksələ bilər – Proqnoz

Ağdam “İmarət” Tarix-Memarlıq Muzey Kompleksinə ICESCO tərəfindən xüsusi sertifikat verilib

Nasser David Xalili: Mədəniyyət bəşəriyyətin ən böyük sülh elçilərindən biri ola bilər

Azərbaycanın gənclər və idman naziri Hindistanda COP10 Bürosunun iclasına sədrlik edib

İsveçin media orqanları süni intellektdən istifadəyə nəzarəti gücləndirir

BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi Azərbaycanda təmsilçiliyi genişləndirir

Siyəzəndə tanışını öldürərək onun evindən pul və qiymətli əşyalar götürməkdə şübhəli bilinən şəxs tutulub

Azərbaycan güləşçisi Nihat Məmmədli dünya çempionatında gümüş medal qazanıb

Mombasa qubernatoru Suahili Mədəniyyət Kitabxanasının modernləşdirilməsinə görə Azərbaycana təşəkkür edib

Cəlal Qasımov: İnsan kapitalına investisiya iqtisadi inkişafın əsas amillərindəndir