İspaniya və Fransanı sualtı elektrik xətti birləşdirəcək
Madrid, 31 iyul, AZƏRTAC
İspaniya, Fransa və Portuqaliya Biskay körfəzində dənizin dibindən elektrik xəttinin çəkilməsinə dair razılaşma əldə ediblər. Pireney yarımadası ölkələri bu irimiqyaslı layihənin köməyi ilə energetika sisteminin təcridinə son qoymaq istəyirlər.
AZƏRTAC xəbər verir ki, üç ölkənin liderləri Lissabon sammitində görüşərək Fransa və İspaniya arasında 370 kilometr uzunluğunda sualtı xəttin çəkilməsinin birgə maliyyələşdirilməsi barədə saziş imzalayıblar. Avropa Komissiyası elektrik xəttinin çəkilməsinə 578 milyon avro ayıracaq. Layihənin büdcəsinin təqribən 30 faizini təşkil edən həmin vəsait Avropa İttifaqında energetika layihəsinə yatırılan ən böyük məbləğdir.
Elektrik xəttini 2025-ci ildə istifadəyə vermək planlaşdırılır. Bu, Fransa ilə İspaniya arasında elektrik enerjisi dövriyyəsini iki dəfə artıracaq.
İspaniya və Portuqaliya uzun illərdir öz energetika sistemlərinin təcridinə son qoymağa və Avropanın əsas enerji və qaz nəqli sistemlərinə qoşulmağa çalışırlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [18:52]
Qazaxıstan Münxendə Orta Dəhlizin inkişaf perspektivlərini təqdim edib
- 18.09.2026 [18:00]
Vladimir Putin Dövlət Dumasına deputat seçkilərində onlayn səs verib
- 18.09.2026 [16:56]
Gürcüstan Nauru Respublikası ilə diplomatik münasibət quracaq
- 18.09.2026 [15:56]
Rusiyada Dövlət Dumasına seçkilər keçirilir
- 18.09.2026 [15:45]
Çexiyada 8 minə yaxın obyekt ekoloji araşdırma tələb edir
- 18.09.2026 [15:18]