REGİONLAR


Lənkəranda 300 baş təkdırnaqlı heyvana qarayara xəstəliyinə qarşı peyvənd vurulub

Lənkəran, 5 iyun, Bağır Əliyev, AZƏRTAC

Lənkəran rayonunun heyvandarlıq təsərrüfatlarında epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması məqsədilə profilaktiki tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran Rayon Baytarlıq İdarəsinin əməkdaşları tərəfindən peyvənd vasitələri heyvanlara soyuq zəncir sisteminə riayət etməklə vurulur. Aparılan tədbirlər çərçivəsində baytar mütəxəssisləri yoluxucu xəstəliklər barədə təsərrüfat sahiblərini məlumatlandırır və baytarlıq-sanitariya qaydalarına ciddi riayət olunmasını tövsiyə edirlər. Təsərrüfat sahiblərinə və sakinlərə, həmçinin heyvanların yemlənməsində və bəslənməsində zootexniki qaydalara əməl edilməsinə dair tövsiyələr verilir.

Dövlət vəsaiti hesabına alınan müalicəvi dərman preparatları rayon baytarlıq idarələrinin əməkdaşları tərəfindən ödənişsiz əsaslarla mal-qaralara vurulur.

İndiyədək rayonda 300 baş təkdırnaqlı heyvana qarayara xəstəliyinə qarşı peyvənd vurulub.

Qeyd edək ki, Lənkəran rayonunun heyvandarlıq təsərrüfatlarında epizootik durum sabitdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.