REGİONLAR
Lənkəranda oftalmologiyanın aktual məsələləri müzakirə edilib
Lənkəran, 3 dekabr, İlkin Adıyev, AZƏRTAC
Lənkəran şəhərində keçirilən Azərbaycan Retinoloqlarının 7-ci konfransında oftalmologiyanın aktual məsələləri müzakirə olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 3-də keçirilən konfransda Bakıdan və bir çox regionlardan mütəxəssis və alimlər iştirak ediblər.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin şöbə müdiri, tibb üzrə fəlsəfə doktoru Müşfiq Kərimov, tibb üzrə fəlsəfə doktorları Lalə Axundova, Xalid Əliyev, Tural Qəlbinur, Aişə Şahmalıyeva, Dr. Emin Əlihüseynli, Günay Əliyeva və digər alimlərin çıxışları dinlənilib, elmi yeniliklər müzakirə olunub. Tanınmış oftalmoloqlar bu sahədə baş verən yenilikləri, nailiyyətləri və təcrübələrini bölüşüblər.
Bildirilib ki, bu cür tədbirlər region həkimlərini oftalmologiya sahəsində baş verən ən son yeniliklərlə tanış etməkdə mühüm rol oynayır. Eyni zamanda, qarşıya çıxa biləcək məsələlərin müzakirəsi, həkimlərin bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq baxımından vacibdir.