Meksikada güclü narkokartelin 50 üzvü tutulub
Bakı, 16 avqust, AZƏRTAC
Meksikada ordunun və polisin keçirdiyi uğurlu əməliyyat nəticəsində “Xalisko - Yeni nəsil” adlandırılan güclü narkokartelin 50 üzvü tutulub.
AZƏRTAC xəbər verir ki, “Excelsior” portalının yaydığı məlumata görə, bütün şübhəlilər Qvatemala ilə sərhəddə yerləşən Çyapas ştatında saxlanılıb. Onların 38-dən çoxu Frontera-Komalapa şəhərindəki oteldə həbs olunub.
“Xalisko - Yeni nəsil” karteli hazırda Meksikada ən güclü qruplaşmalardan biridir. 2015-ci ildə qruplaşma üzvlərinin hərbi helikopterə hücumu nəticəsində 8 nəfər həlak olmuşdu. Daha sonra isə polis patruluna hücum zamanı 15 asayiş keşikçisi öldürülmüş, 5-i yaralanmışdı. Bu, son illərdə Meksika polisi sıralarında ən böyük itkilərdən biri hesab edilir.
Meksika Baş Prokurorluğu “Xalisko”nun başçısı, Menço ləqəbli Nemesio Osegera Servantesin tutulmasına kömək edəcək informasiyaya görə 30 milyon peso (1,5 milyon dollardan çox) məbləğində mükafat elan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.09.2026 [13:32]
Mərmərə dənizində batan gəminin kapitanının cəsədi tapılıb
- 15.09.2026 [12:59]
Gürcüstanın xarici ticarət dövriyyəsi 17 milyard dolları ötüb
- 15.09.2026 [12:36]
Konqoda Ebola virusuna yoluxanların sayı 7200-ü ötüb
- 15.09.2026 [12:35]
Gürcüstan hökumətinin tərkibində yeni kadr dəyişikliyi olub
- 15.09.2026 [12:17]
Süni intellekt insanlığı məhv edə bilərmi? Alimlərdən təhlükə siqnalı
- 15.09.2026 [11:14]