Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə
Bakı, 5 aprel, AZƏRTAC
Aprelin 5-də müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, mövzu ilə bağlı suallara bu gün saat 17:00-da canlı olaraq yayımlanacaq “Təhsil” televiziyasının “Təməl” verilişində cavab veriləcək. Veriliş nazirliyin saytı və “Facebook” sosial şəbəkəsindəki səhifəsi üzərindən canlı yayımlanacaq.
Verilişin qonağı Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir. Sualları canlı yayım zamanı, eləcə də paylaşılan statusun şərhlər bölməsində yazmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.08.2026 [15:21]
BDU-nun tələbəsi adını qazanan şəhid övladları
- 25.08.2026 [15:02]
Nizami və Nəvai irsi: Azərbaycan-Özbəkistan qardaşlığının mənəvi körpüsü
- 25.08.2026 [14:49]
Özbəkistandan 69 müəllim UNEC-də peşəkar inkişaf proqramlarında iştirak edib
- 25.08.2026 [14:45]