CƏMİYYƏT


Müstəqilliyin Bərpası Günü münasibətilə əsgər və zabitlərlə görüş keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Qaradağ Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində 18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə əsgər və zabitlərlə görüş keçirilib.

BŞGİBİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirin əsas məqsədi yeniyetmə və gəncləri hərbi xidmətə həvəsləndirmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltmək olub.

Sonra incəsənət nümayəndələrinin konserti olub.

Bədii hissədən sonra əsgərlər arasında “Breyn rinq” intellektual oyunu üzrə yarış keçirilib.

Sonda hərbi xidmətdə fərqlənən bir qrup əsgər və zabit Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.