Muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalı 3,6 faiz artıb
Naxçıvan, 30 mart, AZƏRTAC
Muxtar respublikada bu ilin yanvar-fevral aylarında 17 milyon 508 min 900 manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur.
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövr ərzində diri çəkidə ət istehsalı 4084 ton, süd istehsalı 5399 ton olub. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 5,8 faiz, süd istehsalı isə 1,6 faiz artıb.