MƏDƏNİYYƏT


“Oyun” teatrı da müharibə mövzusuna müraciət edib

Bakı, 5 dekabr, AZƏRTAC

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı vətənpərvərlik ruhlu repertuar siyasətini daha mütəşəkkil davam etdirir. Teatrlın quruluşçu rejissoru Anar Məmmədov azyaşlılara bu duyğuların çox həssaslıqla, həm də anlayacaqları dildə çatdırılmasının vacib olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, teatrın nəzdindəki sağlamlıq imkanları məhdud həvəskarlardan ibarət “Oyun” teatrı da müharibə mövzusuna müraciət edib. Bədii rəhbər Səidə Haqverdiyeva müharibənin qadın talelərinə təsirindən bəhs edən “Köhnə çamadanlar” adlı dramatik nümunə hazırladıqlarını deyir. Film-tamaşa estetikasındakı nümunə 6 qadının müharibə yaşantılarını ön plana çıxaracaq. Hazırda ilkin məşqləri bitmək üzrə olan tamaşa lentə alınaraq televiziya kanalları və sosial mediada nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.