İQTİSADİYYAT


Özünü “Azəriqaz” əməkdaşı kimi qələmə verən dələduz iş başında yaxalanıb

Bakı, 17 may, AZƏRTAC

Son günlər “Azəriqaz” İstehsalat Birliyinin “104 Operativ Xidmət” şöbəsinə özünü Birliyin əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs barədə müraciətlər daxil olub.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, həmin şəxs saxta xidməti vəsiqə ilə mənzillərə və fərdi yaşayış evlərinə yaxınlaşaraq abonentlərə qaz sayğacı və ya sayğacın kartının vaxtının bitməsini bildirib. Onların yenilənməsi üçün vətəndaşlardan 10, 20 və 30 manat məbləğində pul alıb.

Birliyin “104 Operativ Xidmət” şöbəsinin rəisi Xalidə Şimşək bildirib ki, həmin şəxs ötən il də buna oxşar əməllər törədib. Daxil olan müraciət və şikayətlərdən sonra polisə xəbər verilərək o, saxlanılıb. Rəfail Əsgərov törətdiyi əməldən nəticə çıxarmayaraq yenidən bu yola əl atıb. Birliyin xidmət sahəsinin əməkdaşları tərəfindən Rəfail Əsgərov üzərində Röyal Əsgərov adı yazılan saxta xidməti vəsiqəsi ilə dələduzluq edərkən iş başında saxlanılıb və polisə təhvil verilib.

O, əsasən paytaxtın Nizami və Nəsimi rayonlarında abonentlərin aldadılması ilə məşğul olub. “Azəriqaz” İB abonentlərdən bu cür dələduzluq halları ilə qarşılaşdıqları zaman diqqətli olmaları, belə vəziyyətlə üzləşdikləri halda Birliyin 104/185 saylı “Çağrı Mərkəzi”nə və polis orqanlarına məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.