ELM VƏ TƏHSİL


Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün sınaq imtahanı keçirilib

Bakı, 21 fevral, AZƏRTAC

Fevralın 21-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlara hazırlaşan namizədlərə kömək məqsədilə imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanı təşkil edilib.

DİM-dən AZƏRTAC-a bildirilib ki, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 50 nəfər iştirak edib. İmtahan 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlar olur. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 1 həftə ərzində elan olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.