SİYASƏT


Rəcəb Tayyib Ərdoğan: Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram

Antalya, 21 iyun, AZƏRTAC

Şuşada işğal və savaş dövrünün acılarını, məhv edildiyini, otuz illik işğal zamanı bir mıx çalınmadığını, var olan mirasın yerlə bir olduğunu gördük. Şuşanın ən qısa zamanda tam yeni bir qiyafəyə qovuşacağına inanıram. Bölgənin bir il içində ayağa qalxacağına birlikdə şahid olacağıq. Prezident İlham Əliyevdə bu qətiyyəti və inamı gördüm.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.

Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsini, Prezident İlham Əliyevlə birlikdə işğal altındakı ərazilərə, eləcə də Şuşaya getdiklərini, düşməndən azad olunan torpaqlarda gördükləri acınacaqlı vəziyyəti, Türkiyənin bundan sonra da Azərbaycanın yanında olacağını, bir daha belə sıxıntılar yaşanmasına imkan verilməyəcəyini, Milli Məclisdə çıxış etdiyini xatırladan dövlət başçısı deyib: “Bundan sonra da Azərbaycanın yanında olacağımızı bütün dünyaya bir daha nümayiş etdik. Qarabağın bölgə üçün nə məna daşıdığı qarşıdakı illərdə bir daha özünü göstərəcək. Bölgənin yeni sabitliyə və rahatlığa qovuşmasından ən çox fayda görənlərdən biri də Ermənistan olacaq. Həmin gün bölgədə xidmət edən əsgərlərimizlə söhbət etdik. Axşam da futbol matçını izlədik”.

Prezident Rəcəb Tayyib Ərdoğan “İnşallah, bu proses Qafqazda yeni bir dövrün başlanğıcı olacaq”, - ifadəsi ilə mövzuya dair fikirlərini tamamlayıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Antalya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.