SİYASƏT


Səməd Seyidov: Ölkələrə qarşı ikili standartlar davam edir VİDEO

Strasburq, 8 oktyabr, AZƏRTAC

Bu gün biz AŞPA-da ölkələr, onların vəziyyəti haqqında danışırıq. Ancaq təəssüflər olsun ki, ölkələrə münasibətdə ikili standartlar yenə də davam edir. Türkiyə Avropanın sabitliyinə töhfələr verib. Buna nümunə kimi Avropadakı miqrant böhranı zamanı Türkiyənin köməyini göstərə bilərik.

Bu fikirləri AŞPA-nın payız sessiyasında Türkiyədəki seçkilərlə bağlı debatlarda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov söyləyib.

Səməd Seyidov bildirib ki, Türkiyə ölkə daxilində terrorizmə qarşı mübarizə aparır, stabilliyin qorunub saxlanması istiqamətində çalışır, ancaq buna baxmayaraq, yenə də xırda detallara görə tənqid olunur. Türkiyədə seçkilər çətin şəraitdə, azad və açıq şəkildə təşkil olunub. Seçicilərin 86 faizi seçkilərdə iştirak edib. Halbuki Avropada bu, mümkün deyil. Türkiyə xalqının seçkilərdə bu iştirakı onun iradəsini, ölkəni Avropa ilə bərabər görmək istəyini əks etdirir. Bu ölkə bizim bölüşdüyümüz dəyərləri bölüşür.

“Bu gün Türkiyə AŞPA-da yeni, müxtəlif partiyaları təmsil edən nümayəndə heyəti ilə təmsil olunur. Əminəm ki, bu nümayəndə heyəti Türkiyə xalqının istəklərini ifadə edəcək. Uğurlarını görmək istəmədiyimiz, ancaq xırda detallarına vardığımız Türkiyə çətin şəraitə baxmayaraq qalib çıxdı. Sizi yiyələndiyimiz dəyərlərə qayıtmağa çağırıram”, - deyə Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.