REGİONLAR


Sumqayıtda “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib

Sumqayıt, 8 dekabr, AZƏRTAC

Dekabrın 1-i Ümumdünya QİÇS-lə Mübarizə Günüdür. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal pandemiya miqyasını almış İİV infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub. Bu məqsədlə dekabrın 7-də Sumqayıtda karantin qaydalarına əməl olunmaqla Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayit şöbəsi ilə birgə “Bərabərsizliyə son, AİDS son!” devizi altında maarifləndirici tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, çıxışlarda COVID-19 pandemiyasının beynəlxalq səhiyyə sistemi üçün bir sıra qlobal problemlər yaratdığı bir dövrdə ölkəmizin Səhiyyə Nazirliyi tərəfindən görülən tədbirlərdən danışılıb.

Tədbirdə Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək, bəşəriyyət üçün ən böyük bəlalarından olan AİDS bəlasından danışaraq, onun törətdiyi fəsadlar haqqında gənclər arasında maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətindən söz açıb.

Sonra Respublika QİÇS –lə Mübarizə Mərkəzinin Sumqayıt Regional laboratoriyasının şöbə müdiri Lamiyyə Şahməmmədova “İİV infeksiyası/ QİÇS-lə bağlı məlumat” adlı təqdimatla çıxış edib, İİV infeksiyası, infeksiyanın kəşfi, tədqiqi tarixi, sosial xüsusiyyətləri, həmçinin yoluxma yolları haqqında geniş məlumat verib. Qeyd edib ki, tədbirin keçirilməsində məqsəd QİÇS xəstəliyinin qarşısının alınması və onunla mübarizəyə kompleks yanaşılmasına dəstək olmaq və əhalinin maarifləndirilməsidir.

Mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Daha sonra QİÇS-lə Mübarizə Mərkəzinin Sumqayıt şöbəsinin əməkdaşları tərəfindən tələbələr üçün İnsanın İmmun Çatışmazlığı Virusuna görə laborator testlər aparılıb. QAC Sumqayıt şəhər bölməsinin könüllüləri gənclərə QİÇS-in profilaktikası istiqamətində hazırlanan buklet və broşürlər, tibbi maska, dezinfeksiyaedici məhlulları paylayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.