ELM VƏ TƏHSİL


Süni intellekt ilk dəfə olaraq pyes yazıb

Bakı, 1 mart, AZƏRTAC

GPT-2 süni intellekt sistemi tədqiqatçıların rəhbərliyi ilə pyes yazmağa nail olub.

AZƏRTAC “Sciencemag” jurnalına istinadla xəbər verir ki, İlon Maskın “OpenAI” kompaniyası tərəfindən hazırlanan GPT-2 sistemi internetdə əlçatan olan informasiyanın filtrasiyası hesabına mətni generasiya edən kompüter modelidir. Əvvəl bu texnologiya hekayə və şerlərin yazılması üçün istifadə olunub.

Tədqiqatçılar pyesin yazılması prosesini işə salmaq üçün proqrama iki dialoq təklifi daxil edib. Sonra süni intellekt informasiyanı hesablayaraq 1000 sözlük əlavə mətn hazırlayıb.

Məntiqi və ya faktiki uyğunsuzluqlar aşkar olunduqca hadisəyə müdaxilə edilsə də, pyesin yekun ssenarisinin 90 faizinə düzəliş olunmadığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.