Tərtərdə Novruz bayramına həsr edilmiş intellektual yarış keçirilib
Tərtər, 13 mart, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə Novruz bayramına həsr edilmiş “Novruz yarışı” adlı intellektual yarış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda ümumtəhsil məktəblərinin komandaları, habelə GİKM-in Tərtər nümayəndəliyinin komandası iştirak edib. Yarışın qalibi Tərtər rayon 6 nömrəli tam orta məktəbin "Mübariz" komandası olub.
Qalib komandanın gəncləri diplomlarla təltif olunublar.