İDMAN


Topaz Premyer Liqası: Debütant “Sabah” öz meydanında böyük hesabla uduzub

Bakı, 19 avqust, Nicat Məmmədov, AZƏRTAC

Avqustun 19-da Topaz Premyer Liqasının ikinci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun son oyununda debütant “Sabah” öz meydanında “Sumqayıt” klubunu qəbul edib. Qarşılaşma sumqayıtlıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Gənclik şəhəri” təmsilçisinin heyətində Cavid Tağıyev, Elvin Məmmədov, Şəhriyar Əliyev və Ülvi İsgəndərov, meydan sahiblərindən isə Marko Deviç fərqləniblər.

Qeyd edək ki, ilk turda sumqayıtlılar “Neftçi”yə 0:2 hesabı ilə məğlub olmuş, “Sabah” isə “Keşlə” üzərində gözlənilmədən minimal hesablı (1:0) qələbə qazanmışdı.

İki turdan sonra turnir cədvəlinə 6 xalla “Neftçi” klubu başçılıq edir. Aktivlərində 3 xal olan “Qəbələ”, “Qarabağ” (bir oyun az keçirib), “Sumqayıt” və “Sabah” klubları 2-5-ci pillələri bölüşürlər. Hər iki oyunda məğlub olan “Səbail” isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.