İDMAN


Topaz Premyer Liqası: "Qarabağ" komandası "Səbail" üzərində inamlı qələbə qazanıb

Bakı, 18 avqust, AZƏRTAC

Avqustun 18-də Topaz Premyer Liqasının ikinci turuna "Səbail" - "Qarabağ" oyunu ilə start verilib.

AZƏRTAC xəbər verir ki, "Bayıl Arena"da keçirilən oyunda "Qarabağ" "Səbail" klubunun qapısından iki cavabsız top keçirib. Ağdam təmsilçisinin heyətində oyunun 27-ci və 86-cı dəqiqələrində Mahir Mədətov fərqlənib.

Qeyd edək ki, "Səbail" ilk turda "Qəbələ"yə məğlub olub (3:0). "Qarabağ"ın isə avrokuboklarla əlaqədar olaraq birinci turda "Zirə" ilə oyunu təxirə salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.