SİYASƏT


Vladimir Putin: Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır

Vladimir Putin: Azərbaycan beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır

Bakı, 24 may, AZƏRTAC

Azərbaycan sosial və iqtisadi sahələrdə böyük uğurlar əldə edib, dünya arenasında haqlı nüfuz qazanıb, beynəlxalq gündəliyin bir çox aktual məsələlərinin həllində fəal rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubunda ifadə edib.

Məktubda vurğulanır ki, Rusiya-Azərbaycan münasibətləri müttəfiqlik qarşılıqlı fəaliyyəti səviyyəsinə yüksəlib, müxtəlif istiqamətlərdə konstruktiv ikitərəfli əməkdaşlıq dinamik şəkildə inkişaf edir.

“Əminəm ki, biz birgə səylərlə dost xalqlarımızın rifahı naminə tərəfdaşlıq əlaqələrinin bütöv kompleksinin gələcək inkişafını təmin edəcəyik”, - deyə Rusiya Prezidenti bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.