CƏMİYYƏT


“Xocalı harayı” adlı şeir və kompozisiya müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 21 fevral, AZƏRTAC

Salyan rayon Gənclər və İdman İdarəsi tərəfindən rayon 2 saylı tam orta məktəbin kitabxanasında ümumtəhsil məktəbləri arasında Xocalı soyqırımına həsr edilmiş “Xocalı harayı” adlı şeir və kompozisiya müsabiqəsi keçirilib.

AZƏRTAC Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsinin acı nəticələrini hər kəs bilməli və daim yadda saxlamalıdır. Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı aktı kimi təsbit olunub. Ulu öndər Heydər Əliyevin səyi ilə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində xeyli iş görülüb. Hazırda bu soyqırımını törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Eləcə də, Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı addımlar atılır.

Daha sonra münsiflər heyətinin qərarına əsasən müsabiqənin qalibləri elan edilib. Qaliblərə diplom və hədiyyələr verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.