Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Xocavəndlilər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər VİDEO

Beyləqan, 2 oktyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycanın dilbər guşələrindən olan Xocavənd rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsindən 27 il ötür. Bu münasibətlə xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Yeni Xocavənd qəsəbəsində anım mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhid ailələri, ağsaqqallar, gənclər, N saylı hərbi hissənin zabit və əsgərləri şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksi önünə gül-çiçək dəstələri düzüblər. Azərbaycanın Dövlət Himni səsləndirilib, respublikanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov 1990-cı illərin əvvəllərində baş verən hadisələrdən, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıb. Bildirilib ki, işğal nəticəsində rayonun azərbaycanlılar yaşayan 10 kəndində 1723 yaşayış evi, həmçinin 47 sənaye, 144 kənd təsərrüfatı obyekti, 32 səhiyyə, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 59 mədəniyyət obyekti, 10 tarixi abidə, 32 körpü, 12 rabitə qovşağı, 42 su anbarı və 316 kilometr su kəməri talan edilib, dağıdılıb.

Xocavəndlilər 4 il ərzində ermənilərə qarşı inadlı müqavimət göstərib, qeyri-bərabər döyüşlərdə rayonun sakinləri qəhrəmanlıqla iştirak edib. Ata-baba torpaqları uğrunda düşmənə qarşı mərdliklə vuruşan xocavəndlilərdən 146 nəfər şəhid, 300 nəfərdən çox insan əlil olub, 245 uşaq valideynlərindən birini, 3 uşaq hər iki valideynini, 69 qadın həyat yoldaşını itirib. Müxtəlif dövrlərdə girov götürülmüş 110 nəfər dinc sakindən 49 nəfəri əsir və girovluqda olarkən erməni terroru və vəhşiliyinin qurbanı olub.

“Bir millət, bir dövlət kimi bizim ən müqəddəs vəzifəmiz Vətənimizin ərazi bütövlüyünü təmin etməkdir. Bu, təkcə ərazi məsələsi deyil. Bu, bizim varlığımız, gələcəyimizdir, xalqımızın, dövlətimizin ölüm-qalım mübarizəsidir. Bu istiqamətdə çox ciddi addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatda və ordu quruculuğunda böyük nailiyyətlər əldə olunub. Azərbaycanda yüksək maddi-texniki bazaya malik, müasir silahlarla təchiz edilmiş, yüksək nizam-intizamlı, işğal altında olan torpaqlarımızı azad etməyə qadir ordu formalaşıb. 2016-cı il aprel döyüşləri onu göstərdi ki, biz işğal altında olan bütün torpaqlarımızı azad edəcəyik. Əminliklə bildirirəm ki, ordumuzun gücü, Ali Baş Komandanın qətiyyəti və xalqımızın iradəsi ilə işğal altındakı bütün torpaqlarımız azad ediləcək və biz doğma yurdumuza qayıdacağıq", - deyə E.Hüseynov bildirib.

Milli Məclisin deputatı Elman Məmmədov çıxışında bildirib ki, düşmən torpaqlarımızı bizim gücümüz, ordumuz, birliyimiz olmayanda işğal edib. Bu gün isə güclü Azərbaycan dövləti və qüdrətli Azərbaycan ordusu var. Azərbaycanın qətiyyətli Ali Baş komandanı var. Ali Baş komandanın rəhbərlik etdiyi qəhrəman Azərbaycan xalqı və ordusu var. Biz bu gün ancaq dövlətimizin, ordumuzun gücünü artırmaqla qələbəyə nail olmaq haqqında düşünməliyik.

Tədbirdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, icma rəhbəri Tural Gəncəliyev deyib: "Xocavənd rayonunun işğal günündə təmas xəttinə yaxın bölgəyə səfər etməkdə əsas məqsədimiz düşmənə mesaj verməkdir. Bu mesaj həm Ermənistan hakimiyyətinə, həm də Dağlıq Qarabağda Ermənistanın əlaltısı olan cinayətkar xunta rejiminə ünvanlanır. Ermənistan hakimiyyəti başa düşməlidir ki, ərazilərimizi uzun müddət işğal altında saxlaya bilməz. Onun legitimləşdirilməsinə Azərbaycan, dünya ictimaiyyəti razı olmayacaq. Ona görə Ermənistan nə qədər tez öz işğalçı qüvvələrini Azərbaycan ərazilərindən çıxararsa, onlar üçün daha yaxşı olar. Bizim digər mesajımız Dağlıq Qarabağda yaşayan erməni icmasınadır. Onları Azərbaycanın suverenliyi, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü çərçivəsində azərbaycanlılarla yaşamağa razı olmağa çağırırıq. Əks halda onlar düşmən ordusu ilə eyni statusa malik olacaq və gələcək hərbi əməliyyatlar zamanı məsuliyyət daşıyacaqlar. Əgər Dağlıq Qarabağın erməni icması öz gələcəklərini düşünürlərsə, azərbaycanlılarla bir yerdə Azərbaycan bayrağı altında yaşamağa razı olduqlarını bəyan etməlidirlər".

N saylı hərbi hissənin zabiti Elşad Əbilov Azərbaycanda düşməni hər an məhv etməyə qadir güclü ordunun formalaşdığını, silahlı qüvvələrimizin torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayandığını, işğal altındakı torpaqlarımızı Ali Baş Komandanın əmri ilə qısa vaxtda azad etməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən məcburi köçkünlər və keçmiş döyüşçülər Prezident İlham Əliyevin münaqişənin həlli ilə bağlı aparılan danışıqlardakı mövqeyini dəstəklədiklərini, eyni zamanda, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa, bu müqəddəs yolda hər an döyüşməyə hazır olduqlarını bildiriblər.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin üzvləri sonra Beyləqan rayonu ərazisində N saylı hərbi hissədə əsgər yataqxanası, məişət otağı, yeməkxana və digər xidməti otaqlara baxış keçirib, şəxsi heyətin həyat və məişət şəraiti ilə yaxından tanış olub, əsgər yeməkxanasında nahar ediblər.

Xocavəndlilər doğma torpaqlarına qayıdacaqlarına əmindirlər VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Almaniyada bir neçə məsciddə bomba xəbərdarlığı edilib

Azərbaycanın fiqurlu konkisürəni dünya çempionatına vəsiqə qazanıb

“Meta” bu il süni intellekt sahəsinə 60-65 milyard dollar sərmayə qoyacaq

Bakıda Hindistanın Respublika Günü qeyd edilib

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının VIII iclasının yekununa dair protokol imzalanıb

Naxçıvan Dövlət Universiteti “ASAN xidmət” mərkəzi ilə əməkdaşlıq edəcək

Azərbaycan-Pakistan Hökumətlərarası Birgə Komissiyasının fəaliyyəti yüksək qiymətləndirilib

Nazir müavini: Son 4 ildə Azərbaycana səyahət edən hindistanlı turistlərin sayı 40 dəfədən çox artıb VİDEO

Səfir: Hindistan və Azərbaycan dərin mədəni əlaqələrə malikdir VİDEO

Davos-2025 milli maraqlarımıza xidmətin parlaq sübutudur – ŞƏRH

Sədr müavini: Kosmik texnologiyalar sahəsində gənclər üçün xüsusi proqramlar hazırlanır

Təhlükəsiz tullantıların idarə olunması üzrə fəaliyyətin səmərəli təşkil edilmədiyi aşkarlanıb

Hesablama Palatası Dövlət Ehtiyatları Agentliyində nöqsanlar aşkarlayıb

ATGTİ sədri: Bugünkü forum gənclərin beynəlxalq səviyyədə uğur qazanmasına töhfə verəcək

Britaniyada maliyyə çətinliyi olan bizneslərin sayı rekord həddə çatıb

® “Klinik protokolların tətbiqinin gündəlik praktikada əhəmiyyəti“ mövzusunda seminar keçirilib

“İnklüziv sosial inkişaf və sosial təminat” işçi qrupunun növbəti iclası keçirilib

Bakıda Çinin Yeni ili qeyd olunub

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Ötən il istehlakçılara 426 min manat geri qaytarılıb

AQTA-da ərzaq və heyvan bazarlarının sahibləri ilə görüş keçiriləcək

“Milan”ın braziliyalı futbolçusu iki ay oynamayacaq

Ali Məhkəmə Plenumunun ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib

Mali, Niger və Burkina Faso yeni “Sahel Dövlətlər Alyansı” pasportunu təqdim edəcək

Bakıda gənclərin iştirakı ilə kvant fizikasına həsr olunmuş forum keçirilib

® Türkiyənin nüfuzlu Koru Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib

“Azərpoçt” Şuşada poçt məntəqəsi açıb

“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2025-ci ilin fevral ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Hesablama Palatası Qida Təhlükəsizliyi Agentliyində keçirdiyi auditin nəticələrini açıqlayıb

Macarıstanda Azərbaycan evində Turizm və Mədəniyyət Günü keçirilib

® “Azercell” abunəçilərinə xəbərdarlıq edib

Ötən il Türkiyədə elektromobillərin sayı 1,3 dəfə artıb

“Məşğulluğa dəstək” layihəsinə cəlb olunan şəxslərə bizneslərini genişləndirmək üçün daha bir imkan

Güləş üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın iclası keçirilib VİDEO

Nazir müavini Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Belarus Prezidenti 15 məhbusu əfv edib

Nizami Gəncəvinin türkcəyə tərcümə edilmiş “Sirlər xəzinəsi” əsəri Ankarada çapdan çıxıb

UNEC Özbəkistanın aparıcı elm və təhsil müəssisələri ilə strateji əməkdaşlıqlara imza atıb

Bahar Muradova Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

Hesablama Palatası “Bakı Metropoliteni”ndə audit aparıb

Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub

Fransa xəstəxanalarında acınacaqlı vəziyyət: insanlar növbədə ölürlər

Almaniyada miqrantlar tərəfindən daha bir cinayət hadisəsi törədilib

Qaxda insan alverinə qarşı mübarizəyə həsr olunan dəyirmi masa keçirilib

Tbilisidə ictimai nəqliyyat sərnişinlərə ödənişsiz xidmət göstərəcək

Nizami Kino Mərkəzində “Tağıyev” sənədli filminin təqdimatı olub

Çin Təkla-Məkan səhrasının yaşıllaşdırılması üzrə geniş layihəni başa çatdırıb

Baş nazir Əli Əsədov Belarusun Azərbaycandakı səfiri ilə görüşüb

Dünya İqtisadi Forumunun 4Sİ Mərkəzləri Şəbəkəsinin “Təsir Hesabatı” dərc olunub

Pakistan Prezidenti: Dost və qardaş ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Hakan Fidan: Aİ-yə üzvlük Türkiyə üçün strateji hədəf olaraq qalır

Səfir: İnanıram ki, Azərbaycan-Belarus münasibətləri bundan sonra da inkişaf edəcək

Kreml Putinin Trampla danışıqlara hazır olduğunu bəyan edib

Fırıldaqçılar “Telegram”a maskalanmış “Mamont” virusu göndərirlər

ADAU ilə "Agro Dairy" arasında əməkdaşlıq əlaqələri genişlənir

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası ilk dəfə konsept trenajorda yarış keçirəcək

“İnsan kapitalı və təhsil” üzrə işçi qrup ötən ilin yekunlarını müzakirə edib

İtaliya saytı Azərbaycandakı Alban-Udi xristian icmasından yazıb

® Sadhquru, Qari Duqlas, Aleksey Sitnikovdan dərs aldı, 3000-dən çox tələbə yetişdirdi

Azərbaycanın və Türkiyənin parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb

“Gənc psixometrik” təcrübə proqramına qeydiyyat elan edilib

Azərbaycanda ilk dəfə qar voleybolu üzrə ölkə çempionatı keçiriləcək

“İRS” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb

DİN: 2024-cü ildə qanunsuz dövriyyədən 4714 kiloqram narkotik vasitə çıxarılıb

Hindistanda hərbi sursat zavodunda partlayış baş verib, azı səkkiz nəfər ölüb

Milli Məclisin Gənclər və idman komitəsinin yaz sessiyası üçün iş planı təsdiqlənib

Ding Tao: Çin Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

® “Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

Nazir: Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılmasında nəzərəçarpan irəliləyiş əldə edilib

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində 14 məsələyə baxılıb

Misli Premyer Liqası: “Zirə” səfərdə “Şamaxı”nı məğlub edib

Media: Trampın ilk təşəbbüsləri ABŞ hökumətinin fəaliyyətində xaos yaradıb

Prokurorluq Cənubi Koreya Prezidentinin həbs müddətinin uzadılmasını istəyir

Dalğıclar dənizdə batma təhlükəsi ilə üzləşən vətəndaşı xilas ediblər VİDEO

“ASAN xidmət”in “Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişlənir

Ötən il qrup halında baş verən cinayətlərin sayında azalma qeydə alınıb

KOBİA nümayəndələri Almaniyada keçirilmiş tədbirlərə qatılıb

Tennis üzrə Avstraliya Açıq çempionatında finalçılar bəlli olub

ADPU-da “Cəfər Cabbarlı. Seçmə dram əsərləri” kitabı təqdim edilib

Türkiyənin sabiq səfiri İrəvanı Azərbaycanla dialoqda Tbilisidən nümunə götürməyə çağırıb

Daxili İşlər Nazirliyində kollegiya iclası keçirilib

“Sərhədsiz ginekologiya” mövzusunda beynəlxalq konfrans keçirilir

Braziliyada keçiriləcək COP30 inkişaf etməkdə olan ölkələrin iqlim maliyyəsi ehtiyaclarına həsr ediləcək

“Barselona” gənc müdafiəçisi ilə müqaviləni yeniləyib

Azərbaycan Bəstəkarlar İttifaqının XI qurultayı keçirilib

Braziliyalı hücumçu “Turan Tovuz”a keçib

Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Göyçayda təsərrüfatlara baş çəkib, fermerlərlə görüşüb

Səudiyyə Ərəbistanının milli himninin yeni versiyasını alman bəstəkar yazacaq

İtaliyanın tanınmış klubu bir gündə iki transfer həyata keçirib

Ötən il Fransada 67 mindən çox uğursuz biznes qeydə alınıb

Banqkokda hava çirkliliyi səbəbindən məktəblər bağlanıb

Böyük Britaniyada üç uşağı öldürən yeniyetmə 52 il həbs cəzası alıb

® İnvestisiyalar, xarici bazarlar və rekrutinq problemləri: “Move Real Estate Forum” beynəlxalq daşınmaz əmlak sammitində danışılacaq mövzular

Almaniya Futbol İttifaqı milli komandanın baş məşqçisi ilə yeni müqavilə imzalayıb

Amerika alimlərinin dərs vəsaiti BMU kitabxanasında

bp “Qarabağ" neft yatağının işlənilməsi üçün SOCAR ilə müzakirə aparır