ELM VƏ TƏHSİL


Yaz sessiyasında 1768 nəfər təhsil tələbə krediti alıb

Yaz sessiyasında 1768 nəfər təhsil tələbə krediti alıb

Bakı, 13 mart, AZƏRTAC

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan AZƏRTAC-a bildirilib ki, bu günə qədər 3958 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 783 nəfərin müraciəti natamam olub, 684 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 119 nəfərin müraciətinə imtina cavabı verilib, 604 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 1768 nəfərə TTK verilib. Onların arasından 615 nəfərin müraciəti sosial TTK, 1153 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.