® Azərbaycanda ilk dəfə “Robot cup-2021” turniri baş tutub
Bakı, 30 avqust, AZƏRTAC
“Gaming League Azerbaijan”ın təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə “Robot Cup-2021” turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, 100-ə yaxın yeniyetmənin qatıldığı robotların savaşı iki gün davam edib.
“Gaming League Azerbaijan” sözün əsl mənasında virtual robot savaşını həyatda reallaşdırmağı bacarıb. Qaydalara görə, xüsusi hazırlanan geniş ərazidə dörd robot elan olunan vaxt ərzində bir-biriləri ilə mübarizə aparıb. Daha az yaralanan robotu idarə edən iştirakçı növbəti mərhələyə vəsiqə qazanıb.
Yarışın yekununda Alparslan Yaqublu “Robot Cup-2021” turnirinin qalibi olub. Rəsul Eminov və Husna Məmmədli müvafiq olaraq ikinci və üçüncü yerlərdə qərarlaşıblar. Qaliblərə qiymətli hədiyyələr, medal və sertifikatlar təqdim edilib.
İki gün ərzində “Robot Cup-2021” turnirinə göstərilən yüksək maraq gələcəkdə də belə yarışların keçirilməsinə əsas yaradır.
Tədbirdə, eyni zamanda, “AzeRobot” təhsil mərkəzlərində fərqlənən uşaqlara sertifikat və hədiyyələr verilib. Həmçinin “AzeRobot” təhsil mərkəzinin yeni filialları barədə məlumat verilib.