® “Coca-Cola”dan növbəti musiqili yay kampaniyası
Dünyanın sevilən içki brendi “Coca-Cola” musiqili-əyləncəli kampaniyası ilə bu yayı da unudulmaz edir. Belə ki, şirkət 12 iyun-4 sentyabr tarixlərində “Musiqi 2024” stimullaşdırıcı lotereya keçirir.
Lotereyaya daxil olan məhsullar xüsusi etiketli və qızılı qapaqlı 0,5 litrlik “Coca-Cola classic”, “Coca-Cola” sıfır şəkər, “Fanta” portağal və “Sprite”dır. Lotereya iştirakçısı olmaq üçün qeyd olunmuş məhsullardakı qızılı qapaqların altındakı unikal kodu “music.coca-cola.az” veb-saytında və ya 7676 nömrəsinə pulsuz SMS göndərməklə qeydiyyatdan keçirmək lazımdır. Qeydiyyatın təsdiqi mesajını aldıqdan sonra lotereya tirajında iştirak hüququ əldə edilmiş olur.
Lotereya tirajları lotereya müddətində hər həftənin çərşənbə günü (tiraj tarixləri: 19 iyun, 26 iyun, 3 iyul, 10 iyul, 17 iyul, 24 iyul, 31 iyul, 7 avqust, 14 avqust, 21 avqust, 28 avqust, 4 sentyabr) “Gənclik Mall” ticarət mərkəzində yerləşən stenddə xüsusi proqram təminatı vasitəsilə təsadüfi seçim əsasında şəffaf şəkildə həyata keçirilir və şirkətin sosial media hesabından (instaqram: @cocacola_az) canlı yayımlanır. Hər tirajda qaliblər müəyyən olunur və onlara aşağıdakı hədiyyələrdən biri təqdim olunur:
• “Coca-Cola” loqotipi olan səsgücləndirici (qırmızı rəngdə) – 6000 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• “Coca-Cola” loqotipi olan çanta (qırmızı rəngdə) – 1200 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 5 ədəd hədiyyə qazanmaq şansı var
• “Apple Airpods Max” qulaqlıq (qara rəngdə) – 120 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• “Apple” ağıllı saat (qara rəngdə) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• “Apple Iphone 15” (128 GB, qara rəngdə ) – 60 ədəd; - 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var
• “Coca-Cola” ilə Ekskluziv Musiqi Təcrübəsi (Xəzər Festivalının Bakı konsertində eksklüziv zonaya 2 nəfərlik giriş və Bakıda 5 ulduzlu oteldə bir gecə qonaqlama (2 nəfərlik)) – 12 ədəd; 1 nömrənin həftəlik tirajda hər həftə yalnız 1 ədəd hədiyyə qazanmaq şansı var.
Qeyd edək ki, tirajlar həftəlik olaraq baş tutur və tirajın oynanılacağı gün başladıqdan etibarən göndərilən kodlar artıq növbəti həftənin tirajında oynanılır. Lotereyalar haqqında qanunun 7.1-1 maddəsinə uyğun olaraq lotereyada iştirak edən istehlakçıların hər birinin qazanma şansı var. Suallar və daha ətraflı məlumat üçün 088 4441 nömrəsi ilə əlaqə saxlamaq olar.
“Coca-Cola” fəaliyyət göstərdiyi ölkələrdə musiqi və əyləncənin ayrılmaz hissəsinə çevrilib. “Coca-Cola” ötən il Azərbaycanda “Musiqi 2023” kampaniyası, “Coke Studio ilə Xəzər Festivalı” və digər musiqili-əyləncəli tədbirlər keçirib. Bu il də “Coke Studio ilə Xəzər Festivalı”nın keçiriləcəyi planlaşdırılır.