Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Günay Rəhimova: Ürək xəstələri mütəmadi şəkildə həkim nəzarətində olmalıdırlar

Son illərdə ürək xəstəliklərinin sayında ciddi artım var. Ürək-damar sistemi xəstəlikləri demək olar xəstəliklərin 55-60 faizini təşkil edir.

Avropa Kardiologiya Cəmiyyəti və Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü, kardioloq-aritmoloq Dr. Günay Rəhimova AZƏRTAC-a müsahibəsində ürək-damar xəstəliklərinin səbəbləri, xəstəliyin risk qrupu barədə danışıb, vərdişlərə dair əhəmiyyətli tövsiyələrini verib.

- Günay xanım, ürək-damar xəstəliklərinin başvermə səbəbləri hansılardır və risk qrupuna kimlər daxildir?

- Əvvəlcə onu bildirmək lazımdır ki, kardioloji xəstəliklərin bir çox növləri var. Damar daralması və damar tutulması, ürək çatışmazlığı, yüksək təzyiq və aritmiya ürək-damar xəstəlikləri arasında daha geniş yayılıb. Bu xəstəliklər isə bir sıra səbəblərdən qaynaqlanır. Bunlara biz ürək və qan damarlarının anadangəlmə qüsurları, piylənmə, lipid metabolizmasının pozulması, endokrin sistemin pozulması, infeksiyalar, oturaq həyat tərzi, stres, digər orqan və sistemlərin xəstəlikləri (diabet, böyrək xəstəliyi), irsiyyət və s. aid edə bilərik. Qeyd edim ki, ürək damarlarının tutulması, arterial təzyiqin uzun müddət yüksək həddə olması ürəyin gücə düşməsinə və ürək çatışmazlığına gətirib çıxarır.

- Ümumiyyətlə, insanlar ürək-damar xəstəliklərindən necə qoruna bilərlər?

- Ürək-damar sistemi xəstəliklərindən qorunmaq üçün əvvəlcə ürək-damar sistemi xəstəliyinin riski hesablanmalıdır. Əgər yaxın qohumlarınızdan hər hansısa biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. Siz artıq 30 yaşdan etibarən ürək-damar sistemi xəstəlikləri riskinə girirsiniz. İldə 2 dəfə lazım olan analizləri verib, hesablamalar aparıb, özünüzdə ürək-damar sistemi xəstəlikləri riskini təyin edə bilərsiniz. Əgər risk yüksəkdirsə, vaxt itirmədən kardioloqa müraciət edin. Digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolesterinin çox olması, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stres aiddir. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, idmanın azlığı ürək xəstəliyi riskini yüzdə 50 faiz artıra bilər. Buna görə də gündəlik həyata mütəmadi olaraq idman daxil etmək, açıq havada çox vaxt keçirmək lazımdır. Ürək-damar sistemi xəstəlikləri olanlar mütləq şəkildə gün ərzində təxminən 45 dəqiqə orta sürətlə yürüş, oturaq həyat tərzi keçirən şəxslər isə yüngül gimnastika hərəkətləri icra etməlidir. Həftədə ən azı üç gün, azı 50 dəqiqə olmaqla yürüşlər etmək lazımdır. Ən əsası isə artıq ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkirsinizsə, vaxt itirmədən ciddi müalicə almalısınız.

- Hansı hallarda kardioloq müayinəsindən keçmək vacibdir?

- Əgər sinədə göynəmə, ağrının sol qola və kürəyə yayılması, boğulma, təngnəfəslik, arterial təzyiqin 140-dan yuxarı qalxması, ayaqlarda şişkinlik, hərəkət zamanı ağrının artması və başağrısı olduğu zaman mütləq həkimə müraciət olunmalıdır. Çünki bunlar artıq ürək-damar xəstəliklərinin göstəriciləridir.

- Bəs müayinələr hansı şəkildə aparılmalı, nə vaxt angioqrafiya müayinəsi tətbiq olunmalıdır?

- İlk olaraq, xəstə kardioloqun qəbulunda olmalıdır. Sizə lazım olan müayinəni kardioloq təyin edir. EKQ, EXO-KQ, Holter monitorin, Tredmil test və s. yalnız həkimin göstərişi ilə təyin olunur, xəstənin istəyi əsasında yox. Bütün bunların nəticəsi olaraq biz hiss etsək ki, xəstədə ürək-damar tutulması var, o zaman angioqrafiya tövsiyə edə bilərik. Belə bir risk yoxdursa, xəstənin probleminə uyğun olaraq müalicə təyin edilir. Yəni hər kəsə angioqrafiya icra olunmur.

Angioqrafiya diaqnostik bir prosedurdur və ürək damarlarının tutulması əlamətləri varsa, xəstə fiziki aktivlik zamanı ciddi sinə ağrısı tərif edirsə, aparılmış digər müayinələrin nəticələrində damar probleminə şübhə varsa icra edilir.

- Xəstəliklərin qarşısını almaq üçün profilaktik məqsədlə bir sıra dərmanların qəbulu nə dərəcədə doğrudur?

- Tamamilə yanlışdır. Profilaktika məqsədlə müalicə anlayışı kökündən səhvdir. Məsələn, əvvəllər deyirdilər ki, xəstə 40 yaşından sonra aspirin içməlidir. Lakin tədqiqatlar sübut etdi ki, bu yanlışdır. Biz yalnız profilaktika məqsədilə düzgün həyat tərzini seçə bilərik. Siqaret çəkməməliyik, içki içməməliyik, çəkimizi nəzarətdə saxlamalıyıq. Profilaktik məqsədlə dərman qəbulu yolverilməzdir.

- Enerji içkilərinin ürək xəstəliklərinin yaranmasında rolu varmı?

- Xeyr, energetik içkilər ürək xəstəliklərinin yaranmasına səbəb olmur, adətən altda yatan ürək xəstəliklərini üzə çıxardır.

- İndi ürəyində narahatlıq olanların çoxuna stent qoyulur və ya qoyulması tövsiyə olunur. Bu nə dərəcədə doğrudur?

- Əgər damarda 80 faizdən çox darlıq varsa, bəli qoyulması tövsiyə olunur. Çünki damar tutularsa, xəstə miokard infarktı keçirə bilər. Məsələn, mənim anam şəkər xəstəsidir. Bütün müayinələrdən sonra angioqrafiya zamanı məlum oldu ki, onun ana damarı 98 faiz tutulub. Biz ora stent qoydurmasaydıq nə olacaqdı?! 100% tutulub infarkt keçirəcəkdi. Amma biz bu yolla onu infarktdan qoruya bildik.

Qeyd etmək lazımdır ki, stent müasir kardiologiyanın ayrılmaz hissəsidir. Gecikmiş xəstələrdə angioplastika prosesi, bu qərarın verilməsi həkimin təcrübəli olmazını zəruri edir. Savadlı invaziv kardioloq doğru qərar verdiyi halda (buraya digər damarların vəziyyəti, xəstənin yanaşı xəstəlikləri, stentin ölçüsü, xəstənin ürəyinin yığılması və s. aiddir) stent taxılma əməliyyatı xəstənin lehinə olur.

- Ürək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsini necə təmin edirsiniz?

- Əsasən dərman müalicəsi ilə ürəyin fəaliyyətinin yaxşılaşmasına çalışırlar. Bundan başqa, ürək çatışmazlığının müalicəsində ürək daxili cihaz implantasiyası aparılır ki, bu da xəstələrin həyat keyfiyyətini xeyli yaxşılaşdırır.

- Günay xanım, bəs biz ürəyimizi necə qoruya bilərik?

- Ürək bizə hər zaman xəstə olduğunun siqnalını verir. Bu siqnallara diqqət etmək çox önəmlidir. Onları görməzdən gəlmək olmaz. Ürək xəstələri mütəmadi olaraq həkim nəzarətində olmalıdırlar.

 

Dr. Günay Rəhimova

Həkimlə əlaqə: (055) 911-00-28

https://www.instagram.com/drgunayrehimova/

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Gəncədə son illərdə 15 mindən çox yeni iş yeri yaradılıb