® İsveçrənin Holcim Azərbaycan şirkəti ilk yaşıl sementini istehsal edib
ECOPlanet, mövcud Optimal və İnşaatçı brendləri altında istehsal olunan ilk yaşıl sement istehsal edilib. Hər iki məhsul məişət işlərində geniş istifadə olunan, əhəngdaşı əsaslı sementlərdir. Bunlar Holcim-in müştərilərimizə və tərəfdaşlarımıza davamlı, innovativ həllərini təklif etdiyi və dayanıqlı inşaatın konsepsiyanın tətbiqidir. İnşaatçı hörgü sementidir, kərpic hörmə, suvaq və şap işlərində istifadə olunur.
“Biz tikinti sənayesinə yeni dayanıqlı tikinti təcrübələri tətbiq etməyə sadiqik. İnşaatçı və Optimal vasitəsilə biz CO2 emissiyalarının azaldılmasına alternativ xammaldan istifadə ilə töhfə veririk. Holcim Azərbaycan Qafqazda ekoloji təmiz həllər təklif edən ilk şirkətdir”, - Holcim Azərbaycanın kommersiya direktoru Sergiu Stoikov bildirib.