Azərbaycan Dövlət İnformasiya Agentliyi

® “Kapital Bank”la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

®  “Kapital Bank”la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu gün artıq süni intellekt və rəqəmsal texnologiyalar müasir həyatın və maliyyə bazarının əsas hərəkətverici qüvvələrindəndir. Bu texnologiyalar bir çox sahədə olduğu kimi maliyyə sektorunda da əməliyyatları səmərəliləşdirməyə, məlumatların təhlilini sürətləndirməyə və müştəri xidmətlərini fərdiləşdirməyə imkan verir. “Kapital Bank” ölkədə rəqəmsal transformasiyanı həyata keçirən ilk bank olaraq müştərilərinə ən qabaqcıl texnoloji həllər təqdim etməklə tanınır. Bu gün müsahibimiz dünyanın nüfuzlu maliyyə jurnallarından biri olan “Global Finance” tərəfindən “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görülən “Kapital Bank”ın İnnovasiyalar komandasının rəhbəri Nəriman Əsədovdur.

- Salam, Nəriman bəy. Süni intellektin həyatımızın hər sahəsinə tətbiq olunduğu bir vaxtda yəqin belə bir layihəni icra etmək, hələ bu layihə ilə beynəlxalq mükafat qazanmaq olduqca qürurlu olar.

- Əlbəttə, doğrusu, layihənin başlanğıcında mükafat kimi bir hədəfimiz yox idi. Düşünürəm ki, iş prosesinin özü uğuru zəruri edir. Bizim əsas məqsədimiz müştərilərimizə daha sürətli, effektiv və yüksəkkeyfiyyətli xidmət göstərmək idi. Məlumat üçün deyim ki, bankda mütəmadi olaraq müştəri sorğularının və bank xidmətlərinin analitikası aparılır. Nəticələr bizi xidmət keyfiyyətinin artırılması və sürətli xidmət göstərmək istiqamətində davamlı çalışmağa, yeni, ən müasir həllər tətbiq etməyə vadar edir. Bu daimi davam edən bir prosesdir. Elə həmin dövrdə də biz belə bir ehtiyacın yarandığını gördük və hədəfimiz xidmət proseslərimizi avtomatlaşdırmaq, müştərilərimizin növbə gözləmədən proaktiv xidmət almalarını təmin etmək oldu. Daha sonra süni intellektlə gücləndirilmiş çatbot və zəng sorğu xidmətimizlə müştərilərimizin suallarına dərhal cavab verə bilən sistemlər yaratdıq. Bəli, biz çətin olanı bacardıq. Müştərilərimizin ehtiyaclarını əvvəlcədən müəyyən edərək fərdiləşdirilmiş xidmətlər təqdim etdik ki, bu da onlara 7 gün, 24 saat xidmət göstərməyimizə imkan verir. Xüsusilə qeyd etmək istəyirəm ki, layihəmizdə davamlı inkişaf və yeniliklərin tətbiqi önəmli rol oynayır. Bankçılıq sahəsindəki yeniliklər daim dəyişir və biz bu dəyişiklikləri izləyərək xidmətlərimizi təkmilləşdirməyə, müştərilərimizin ehtiyaclarına uyğun yeniliklər gətirməyə davam edirik. Müştərilərimizin təhlükəsiz olaraq xidmətlərimizdən faydalanmaları əsas öncəliyimizdir və bu istiqamətdə də davamlı yeniləmələr edərək təkmilləşirik. Texnologiyalar inkişaf etdikcə komandamız da bu proseslərlə birgə inkişaf edir və daha böyük məqsədlərə doğru yol alır.

- Layihənizdə istifadə olunan süni intellekt alqoritmləri və texnologiyaları barədə ətraflı məlumat verə bilərsinizmi? Daha anlaşılan dildə desək, süni intellekt necə işləyir?

- Layihədə bir sıra süni intellekt alqoritmləri və texnologiyaları tətbiq edirik. İlk növbədə həm səsdən mətnə, həm də mətndən səsə çevirmə texnologiyalarından istifadəni vurğulaya bilərəm. Bu texnologiyalar müştərilərimizin səsli sorğularını mətnə çevirərək gələn müraciətləri daha rahat idarə etməyə imkan yaradır və ya əksinə mətn əsaslı cavabları səsli cavablar kimi təqdim edir. Hazırda bu texnologiyaların gücünün 12 faizi ilə çalışan bir hissəsi müştərilərimiz tərəfindən aktiv şəkildə istifadə olunur. Çat texnologiyasında isə müştərilərin davranışlarına və sorğularına uyğun olaraq cavablar təqdim edən bir sistemimiz var. Bu sistem müştərilərin suallarını və ehtiyaclarını təhlil edərək onlara ən uyğun cavabları və mümkün həlləri təmin edir. Bütün bunların nəticəsində biz bu gün qlobal mükafata sahib olan süni intellektlə gücləndirilmiş bir assistent yaratmışıq. O assistent ki, müştərilərin suallarına və tələblərinə dərhal cavab verən bir sistemdir və onların bankla olan əlaqələrini daha da asanlaşdırır. Süni intellektlə gücləndirilmiş assistentin ən böyük üstünlüklərindən biri onun davamlı olaraq təlim olunmasıdır. Biz bu texnologiyanı mütəmadi olaraq təlimatlandıraraq onun performansını artırır, müştərilərin ehtiyaclarına daha yaxşı cavab verməsini təmin edirik. Ölkəmizin bank sektorunda tərəfimizdən yaradılan bu texnologiyalar müştərilərin məlumatlarının qorunmasına da xidmət edir. Bu sistemlərin bankın daxilindəki əməliyyat sistemləri ilə inteqrasiyası da bizim üçün vacibdir. Çünki bank daxilində göstərilən xidmətlərə süni intellektin inteqrasiyası, təkcə müştərilərimizin yox, eləcə də komandamızın ehtiyaclarını müəyyən etdi. Buna görə də biz müştərilərə təklif etdiyimiz imkanlarla yanaşı, komandamızı da təkmilləşdirdik və yeni biliklər qazandıq. Bir az əvvəl qeyd etdiyim kimi, gələcəkdə bu texnologiyaları daha da inkişaf etdirərək daha sürətli və effektiv xidmət göstərməyi hədəfləyirik.

- Süni intellektin tətbiqi zamanı qarşılaşdığınız əsas çətinliklər nələr idi və bunları necə həll etdiniz?

- Düzdür, süni intellektin tətbiqi istiqamətində ölkəmizdə önəmli layihələr edilir və əla nəticələr də əldə olunub, ancaq bank sektorunda belə layihələr demək olar ki, yox idi. Belə ki, süni intellektin bank sektorunda tətbiqi zamanı qarşılaşdığımız əsas çətinliklərdən biri qeyd etdiyim kimi Azərbaycanda bu tip modellərin bank sektoru üçün mövcud olmaması və Azərbaycan dilini kifayət qədər bilməməsi idi. Bununla yanaşı, müştəri məlumatlarının qorunması bizim üçün prioritet olduğu üçün süni intellekti özümüzün təlimləndirmək və öyrətmək zərurətimiz yarandı. Bu prosesin çətinliklərindən biri də böyük resurs tələb etməsi idi. Süni intellekti təlimatlandırmaq üçün açıq istifadədə olan “OpenAI” kimi tətbiqlər mövcuddur, amma bu bizim ehtiyaclarımızı tam qarşılamırdı. “Kapital Bank” komandası bu prosesdə böyük səy göstərdi və bir çox əməkdaşımız süni intellektin təlimində iştirak etdi. Bu gün də proses davam edir və süni intellektlə gücləndirilmiş assistentimiz inkişaf etdirilir. Böyük “Kapital Bank” komandasının dəstəyi ilə bu çətinlikləri aşmaq üçün mütəmadi olaraq həmin rəqəmsal assistentə təlimlər keçirik və süni intellekti müştərilərimizin ehtiyaclarına uyğunlaşdırmaq yolunda ciddi çalışırıq.

- Qeyd etdiyiniz kimi, belə böyük uğurlar komanda işinin nəticəsidir. Amma bəzən komanda arasında uğuru paylaşmaq olmur.

- Şablon səslənə bilər, amma əminliklə deyə bilərəm ki, “Kapital Bank”da belə bir problem yoxdur. Biz hamının uğuruna sevinə bilirik. Layihəmizin uğurunda nəinki bizim innovasiyalar komandası, bütün “Kapital Bank” komandası iştirak edib. Hər bir üzvün bu prosesdə özünəməxsus rolu və qatqısı olub. Biznes analitiklərimiz layihənin başlanğıcında müştəri ehtiyaclarını və bazar tələblərini müəyyənləşdirib. Onlar müştərilərin davranışlarını və sorğularını təhlil edərək süni intellektin necə və harada tətbiq olunacağını planlaşdırıblar. Marketinq komandası süni intellektlə gücləndirilmiş xidmətlərin müştərilər arasında tanıdılması və kommunikasiya olunmasında önəmli rol oynayıb. Data texnologiyaları komandamızın zəhmətini xüsusi qeyd etmək istəyirəm. Çünki süni intellekt əsaslı xidmətlər data üzərində qurulur. Onlar böyük həcmli məlumatların toplanması, saxlanması və emal edilməsi üzərində işləyirlər. Data təhlili və maşın öyrənmə modellərinin təlimində onların böyük rolu olub. Eyni zamanda, analitika ekspert mərkəzi ilə sıx əməkdaşlıq edərək analitik modellərin inkişafını və optimallaşdırılmasını təmin etdik. Onlar süni intellektin düzgün işləməsini və müştəri sorğularına dəqiq cavablar verməsini təmin etmək üçün davamlı təhlillər aparıblar. Bir sözlə, bankımızın geniş və müxtəlif sahələrdə fəaliyyət göstərən komandaları arasında güclü əməkdaşlıq və koordinasiya sayəsində süni intellekt layihəsini uğurla həyata keçirə bildik. Bu prosesin hər bir mərhələsində müxtəlif komandaların iştirakı və töhfəsi layihənin yüksək keyfiyyətlə və müştərilərin ehtiyaclarına tam uyğun şəkildə tamamlanmasını təmin edib.

- Süni intellektin tətbiqi ilə indiyədək müştəri təcrübəsində hansı əsas dəyişikliklər baş verib?

- Bəli, ən böyük motivasiya aldığımız hissəyə gəldik. Etdiyimiz bütün təşəbbüslərin nəticəsini görəndə bizim üçün həqiqətən yorğunluq hissi yoxa çıxırdı. Çünki biz “Kapital Bank” olaraq ilk olanı etmişdik. Başlanğıcda süni intellektin tətbiqi ilə müştəri təcrübəsində bir sıra əhəmiyyətli dəyişikliklər baş verdi. Müştərilərimiz üçün ən böyük dəyişiklik, insan köməyinə ehtiyac olmadan və növbə gözləmədən suallarına cavab ala bilmələri oldu. Bu, onlara daha sürətli və effektiv xidmət təqdim edib. İlk dövrlərdə, təbii ki, müştərilərimiz yeni sistemə alışmaqda bir az çətinlik çəkirdilər. Bu onların əvvəllər alışdığı ənənəvi xidmət prosesindən fərqli idi. Amma tez bir zamanda yeni sistemin üstünlüklərini görüb öyrəşməyə başladılar. Süni intellektlə gücləndirilmiş assistentimiz eyni anda bir neçə sorğuya cavab verə bilir. Bu da müştərilərimizin vaxtına qənaət edərək xidmət keyfiyyətini artırır. Bu texnologiya sayəsində müştərilərimizə daha fərdi xidmət təqdim edə bilirik. Süni intellekt sistemlərimiz, həm də müştərilərin suallarını və davranışlarını analiz edərək daha uyğun və dəqiq cavablar verə bilir. Üstəlik, dediyim kimi, sistemimiz davamlı olaraq təlim olunur. Yəni, hər dəfə cavab verə bilmədiyi sualı öyrənir və növbəti dəfə daha yaxşı cavab verir. Müştəri təcrübəsinin bu şəkildə müsbətə doğru dəyişməsi süni intellektin özünü təkmilləşdirmə bacarığı müştərilərimizin texnologiya ilə olan interaksiyası sayəsində mümkün olub.

- “Kapital Bank”ın innovasiya və rəqəmsal transformasiya sahəsindəki gələcək planları və hədəfləri nələrdir?

- Gələcək planlarımızın hamısını açıqlaya bilməsəm də, deyə bilərəm ki, bizi yeni başlanğıclar gözləyir. İlk növbədə əldə etdiyimiz bütün uğurların eyni sürətlə davam etməsini hədəfləyirik. Gələcəkdə müştəri təcrübəsini daha da yaxşılaşdırmaq üçün yeni texnologiyaları tətbiq etməyə davam edəcəyik. Bizim üçün əsas məqsəd müştərilərimizin ehtiyaclarını daha sürətli və effektiv şəkildə qarşılamaqdır. Bununla yanaşı, süni intellekt və digər rəqəmsal texnologiyaların imkanlarını genişləndirmək və bu sahədə liderliyimizi qoruyub saxlamaq istəyirik. Hədəfimiz “Kapital Bank”ı hər zaman innovativ və müştəri mərkəzli bir bank olaraq saxlamaqdır. Gələcəkdə də bu istiqamətdə addımlar atmağa davam edəcəyik.

- Sizcə, yaxın gələcəkdə rəqəmsal bankçılıqda hansı əsas trendlər önə çıxacaq və “Kapital Bank” bu trendlərə necə uyğunlaşacaq?

-“Gələcək” sözünü işlətmək belə çox ilhamvericidir, çünki hazırkı gedişatdan da göründüyü kimi bizi çox fərqli dünya gözləyir. Dünyadakı trendlər göstərir ki, rəqəmsal bankçılıq anlayışı gələcəkdə daha da inkişaf edəcək və insanların gündəlik həyatının ayrılmaz bir hissəsinə çevriləcək. Müştərilər bank xidmətlərini sadəcə maliyyə əməliyyatları kimi deyil, həyat tərzlərini və ehtiyaclarını qarşılayan böyük bir mexanizm olaraq qəbul edəcəklər. Bu trendlər arasında süni intellekt və avtomatlaşdırma, proaktiv müştəri xidmətləri, şəxsi məlumatların daha effektiv qorunması və təkmilləşdirilmiş müştəri təcrübəsi yer alır. Gələcəkdə rəqəmsal bankçılıq insanların gündəlik ehtiyaclarına uyğun olaraq onların davranışlarına uyğun xidmətlər təklif edəcək. Mobil bankçılıq tətbiqləri, səsli köməkçilər, blokçeyn texnologiyaları və maliyyə texnologiyaları ilə inteqrasiya edilmiş xidmətlər bu sahədə önəmli rol oynayacaq. “Kapital Bank” bu trendlərə uyğunlaşmaq üçün artıq ciddi addımlar atmaqdadır. “PAŞA Holdinq”in böyük bir ekosistem üzərində çalışması və “Kapital Bank”ın bu ekosistemin mərkəzində yer alması bizim gələcək strategiyalarımızı daha da gücləndirir. Bu ekosistem daxilində müştərilərimiz rəqəmsal bankçılığı öz yaşam tərzlərinə inteqrasiya edə biləcəklər. Hədəfimiz – müştərilərimizin həyatını daha da asanlaşdırmaqdır. Müştərilərimizin rəqəmsal bankçılıqla olan əlaqələrini daha da gücləndirərək onların gözləntilərini aşmaq və rəqəmsal dünyada lider mövqeyimizi qorumaq üçün çalışırıq.

- Bu mükafatı qazanmaq komandanız üçün nə deməkdir və sizin üçün əhəmiyyəti nədən ibarətdir?

- Adından da məlum olduğu “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görülmək, eyni zamanda, ölkəmizin də uğurudur. Çünki qazandığımız mükafat Azərbaycanda baş verən texnoloji inkişafın bir göstəricisidir. Bizim dünyada davam edən inkişafla paralel olaraq irəlilədiyimizi və dünya səviyyəli təşkilatlardan geri qalmadığımızı göstərir. Mükafat, həm də komanda üçün motivasiya mənbəyidir. Bu bizim üçün yeni nailiyyətlərə ilham verir, eləcə də süni intellekt və rəqəmsal transformasiya sahəsində daha da böyük uğurlar əldə etmək üçün bizi həvəsləndirir. Nəticə etibarilə bu mükafat, həm texnoloji inkişafımızın bir təsdiqi, həm də gələcək uğurlar üçün bir təkan nöqtəsidir. Ölkədə bank sektorunda bizim başlatdığımız bu rəqəmsal transformasiya yolu bizi böyük uğurlara aparır.

- Təşəkkür edirəm, Nəriman bəy, uğurlarınız davamlı olsun.

- Mən təşəkkür edirəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur

“Təxəyyülün köçəri ocağı”: Keçmişin izləri müasir incəsənətdə

Azərbaycanlı xanım fermer FAO-nun “100 Qadın Qəhrəmanı”ndan biri seçilib

Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib

Sabitlik və milli həmrəylik Azərbaycanın qarşıya qoyduğu strateji hədəflərə çatması üçün əsas şərtdir

Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara

Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib

Belçika şirkətləri kiberhücumlarla daha çox üzləşirlər

Aİ və Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirmək niyyətindədir

Vətən müharibəsi qazisi: Vətənə sevgi, dövlətə sədaqət və milli birliyimizin qorunması hər birimizin məsuliyyətidir

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir VİDEO

Dövlət Statistika Komitəsi son illərdə 212 mindən çox nəzarət markası sifariş edib

Mədəniyyət naziri Adil Kərimli Füzuli şəhərində vətəndaşların müraciətlərini dinləyib

Taleh Kazımov: 2027-2030-cu illərin iqtisadi gündəliyindəki struktur islahatlar şaxələndirmənin miqyasını və sürətini müəyyən edəcək

Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasında mühüm rol oynayır - ŞƏRH

ICESCO-nun Bakı Regional Ofisi 12-ci Beynəlxalq Kitab Sərgisində xüsusi pavilyonla təmsil olunacaq

218 nömrəli yeni marşrut xətti istifadəyə verilir

Mərkəzi Bank 2026-cı və 2027-ci illər üzrə inflyasiya proqnozlarını açıqlayıb

BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır

Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb

Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub

Binəqədi şosesində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək

Xankəndidə BMU ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında memorandumlar imzalanıb

Azərbaycan və Banqladeş arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib

Çexiyada Senata seçkilərin ikinci turu keçirilir

“Şahinlərin Görüşü-2026”da iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti ölkəmizə səfər edib

Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib

Media nümayəndələrinə standartlaşdırma mövzusunda təlim keçirilib

Efiopiyada Tiqray bölgəsinə altıaylıq keçid administrasiyası yaradılıb

Mərkəzi Bankın sədri “Global Finance”a müsahibəsində Azərbaycanın maliyyə islahatlarından danışıb

Asimmetrik sintez: həyatın mənşəyi və dərman istehsalı baxımından yeni imkanlar

Avropada qazın qiyməti 2022-ci ilin dekabrından bəri ən yüksək səviyyədədir

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur

“Effektiv idarəetmə və makroiqtisadi göstəricilər” işçi qrupunun növbəti iclası baş tutub

Macarıstan Aİ-nin karbon qiymətləri sisteminin tətbiqinin təxirə salınmasını tələb edir

ARDNF-nin icraçı direktoru "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb

Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq

TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib

Müstəqilliyin bərpası Azərbaycan xalqının milli iradəsinin təcəssümüdür - universitetdə tədbir

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

Prezident İlham Əliyevdən mühüm mesajlar: Müharibə bizim seçimimiz olmayıb VİDEO

BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir

Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub

Ermənistanın keçmiş rəhbərliyi Azərbaycan xalqına qarşı cinayətlərə görə məsuliyyət daşıyır RƏY

BVF ilə Dünya Bankının İllik Toplantılarında Azərbaycanın iqtisadi prioritetləri və beynəlxalq maliyyə əməkdaşlığı dəyərləndirilib

Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir

Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur

Diaspor nümayəndəsi: Tarixi əlaqələr Azərbaycanla Kamboca arasında əməkdaşlığın inkişafına töhfə verə bilər

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

“Xocavənd əməliyyatı” zamanı şəhid olan əfsanəvi kəşfiyyatçıların xatirəsi anılıb VİDEO

BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub

Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib

Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub

Türk ekspert: Azərbaycan Avrasiya məkanında enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır

Nizami rayonunda Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələr müzakirə olunub

Gənclərin zərərli ideoloji təsirlərdən qorunması əsas vəzifələrdəndir

Şərqşünaslıq İnstitutunda Azərbaycan dövlətçiliyi tarixinə dair mühazirə oxunub

“Qarabağ Hakatonu 2026” yarışması başa çatıb

Nürnberqdən Bakıya: Ermənistanın üç keçmiş prezidentinin cinayət məsuliyyəti məsələsi – TƏHLİL

Yeni Kaledoniyanın nikel sərvətləri uğrunda mübarizə: Kanak təşkilatlarından Aİ-yə etiraz

AQTA sədrinin vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib