Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Rəşad Şəkərov: Hazırda alternativ enerjinin gəmilərdə tətbiqi layihəsi üzərində işləyirik

®  Rəşad Şəkərov: Hazırda alternativ enerjinin gəmilərdə tətbiqi layihəsi üzərində işləyirik

Bakı, 23 yanvar, AZƏRTAC

Yerli bazarda rəqibi olmayan “Azerbaijan Maritime, Engineering and Construction (AMEC)” şirkəti öz fəaliyyətində aktual və qlobal problemləri nəzərə almaqla yanaşı, daim yeniliklər etməyə can atır. Şirkət unikal layihələri ilə ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərlə rəqabət aparır. Şirkətin əsas məqsədi Azərbaycanı bu sahədə layiqincə təmsil etmək və beynəlxalq müstəviyə çıxmaqdır. AZƏRTAC-ın müxbiri AMEC şirkətinin təsisçisi və rəhbəri Rəşad Şəkərovla həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik.

- “Azerbaijan Maritime, Engineering and Construction” şirkəti necə yarandı və şirkətin fəaliyyət istiqamətləri hansılardır?

- AMEC-in yaradılması ideyası məndə hələ BP-də işləyərkən yaranmışdı. Apardığım ilkin marketinq araşdırmalarından məlum oldu ki, dəniz işləri üzrə məsləhət, gəmilərin yoxlanılması və mühəndis işlərinin görülməsi sahəsində yerli bir şirkət yoxdur. Odur ki, belə bir milli şirkəti təsis etmək qərarına gəldim. Bu sahədə mənim kifayət qədər təcrübəm var idi, lakin ümid etdiyim dəstəkləri ala bilmədiyimdən bu, şirkətin fəaliyyəti üçün böyük çətinliklər yaratdı. AMEC 2014-cü ildən təsis edilsə də, həmin tarixdən etibarən fəaliyyətə başlaya bilmədi. Çünki, heç bir şirkət bizimlə əməkdaşlıq etmək, sifariş vermək istəmədi. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə işləməyə getmək məcburiyyətində qaldım. Xaricdə olduğum müddətdə Azərbaycanda elan olunan müxtəlif tenderlərdə iştirak etsəm də bir dəfə də olsun uğur qazana bilmədim. Lakin ruhdan düşmədim, nə vaxtsa istədiyimə nail olacağıma əmin idim. Ona görə də Azərbaycanda bu sahədəki prosesləri daim diqqətlə izləyir, biznesin təşkili, marketinq sahəsində biliklərimi və iş təcrübəmi artırırdım. İnanırdım ki, dəniz mühəndisliyi sahəsində uzun illər əldə etdiyim bilik və təcrübənin öz ölkəmizdə tətbiqinə ehtiyac yaranacaq. Bir yandan da Prezident İlham Əliyevin neft-qaz sahəsində milli kadrlardan istifadə edilməsi, milli şirkətlərin yaradılmasına üstünlük verilməsi çağırışları da məndə böyük ümid yaradırdı. Bu arzularla 2017-ci ildə Vətənə qayıtdım və böyük ümidlərlə şirkətin işini bərpa etdik. Şükürlər olsun ki, bu gün işlərimdən məmnunluq duyuram və böyük razılıq hissi ilə də qeyd etmək istəyirəm ki, o zaman bizə ilk dəstəyi, ilk sifarişi verən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti (ASCO) oldu.

AMEC işə başlayanda ancaq gəmi yoxlaması və gəmilərdə əməyin təhlükəsizliyi təlimləri işlərini görürdü. Sifariş portfelimiz çox zəif idi. Hazırda şirkət beş istiqamətdə fəaliyyət göstərir: bütün növ gəmi yoxlamaları; gəmi və dəniz mühəndisliyi; dəniz layihələrinin idarə olunması; layihələr üçün tələb olunan gəmilərin icarəsi və idarəçiliyi; nəhayət, bu yaxınlarda start verdiyimiz gəmiçilik və dəniz sahəsində tikinti işləri. Sonuncu istiqamətə əsasən sualtı boruçəkmə, dib dərinləşdirmə, körpü və liman tikintisi və genişləndirmə işləri daxildir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bütün bu fəaliyyət istiqamətlərini kompleks şəklində və peşəkarlıqla həyata keçirən bizim kimi şirkətə nəinki ölkəmizdə, heç başqa ölkələrdə də rast gəlməmişəm.

- Bildiyimizə görə, bu ildən etibarən şirkətin adını dəyişmisiniz. Bu, nə ilə əlaqədardır?

- Bəli, “Azerbaijan Marine Engineering Consultants” adını bu il yanvarın 11-dən etibarən “Azerbaijan Maritime, Engineering and Construction” olaraq dəyişdirdik. Çünki bu günədək əldə etdiyimiz uğurlara, fəaliyyət çərçivəsinin genişlənməsinə uyğunluq yaratmaq istədik. Belə ki, şirkətin gəmiçilik sahəsində addımlaması ilə yanaşı, tikinti sahəsinə də yönəldik. Su altının qazılaraq dərinləşdirilməsi, neft və qaz boru xətlərinin çəkilməsi, sərnişin, yük terminallarının dizaynının verilməsi və tikilməsi, gəmilər üçün körpülərin, dayanacaq yerlərinin tikilməsi istiqamətlərini də fəaliyyətimizin prioritetlərinə daxil etdik. Hədəflərimiz genişləndiyi üçün şirkətin adını da məqsədlərimizə uyğunlaşdırdıq.

- Şirkəti rəqiblərindən fərqləndirən əsas cəhətlər nələrdir və hansı unikal layihələri var?

- Şirkətin yerli bazarda rəqibi yoxdur. Lakin uzun illərdir Azərbaycanda öz mövqelərini möhkəmləndirən xarici şirkətlərlə rəqabət aparırıq. Şirkət təsis edildiyi gündən çox çətinliklərlə üzləşmişik. Yeni şirkət olaraq güvən qazanmaq çətin oldu, kimsə risk edib bizimlə əməkdaşlığa razılıq vermirdi. Digər şirkətləri xarici şirkətlərdən geri qalmadığımıza inandırmaq xeyli vaxt apardı. Öz fəaliyyətimizlə sübut etdik ki, həqiqətən də xarici şirkətlərlə rəqabət apara bilirik və eyni işləri onların təklif etdiyindən daha az qiymətə yerinə yetirsək də, bu, işimizin keyfiyyətinə təsir etmir. Yəni, üzərimizə götürdüyümüz bütün işləri daha yüksək keyfiyyətlə ərsəyə gətiririk. Şirkətimizin adı Azərbaycan sözü ilə başlayır. Bu, bizə böyük stimul verməklə yanaşı, məsuliyyətimizi də artırır.

Yeni minillikdə ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə edilməsi, ətraf mühitin çirklənmədən qorunması ümumbəşəri problemə çevrilib. AMEC şirkəti də ətraf mühitin qorunması kimi ekoloji məsələlərə mühüm əhəmiyyət verir. Bərk məişət tullantılarının, xüsusilə də plastik tullantıların, kağız tullantıların düzgün idarə olunması şirkətimizin prioritet istiqamətlərindəndir. Bununla yanaşı, Xəzər dənizinin tullantılardan təmizlənməsi ilə bağlı bir neçə layihəmiz də var və həyata keçirilir.

Dövlətimizin başçısının ölkəmizdə alternativ enerji mənbələrindən istifadə edilməsi istiqamətində işlərin intensivləşdirilməsi çağırışlarını rəhbər tutaraq və problemin Azərbaycanın dənizçilik sahəsində aktuallığını əsas götürərək öz fəaliyyət dairəmizin bu yönümdə genişləndirilməsini nəzərdə tuturuq. Daha konkret desək, dənizin və atmosfer havasının çirklənməsi səviyyəsinin azaldılması məqsədilə gəmilərdə klassik enerji mənbələrinin (daxili yanma mühərrikləri, turbogeneratorlar və s.) mayeləşdirilmiş təbii qaz və ya təbii yanar qaz, hidrogen, elektrik mühərrikləri və s. alternativ enerji mənbələri ilə əvəz edilməsi kimi innovativ layihələr üzərində işləyirik. Qeyd edim ki, hesablamalara görə, ənənəvi enerji mənbələri ilə işləyən bir gəminin atmosfer havasına atdığı zərərli qazların ətraf mühitə və insan sağlamlığına ziyanlı təsiri gəmilərin ölçülərindən asılı olaraq 1 milyondan 50 milyona qədər avtomobilin havaya atdığı zərərli CO2 qazlarına bərabər tutulur. Məsələn, gəmidə quraşdırılmış elektrolizer qurğusunun dəniz suyunu tərkib hissələrinə parçalaması nəticəsində alınan hidrogen kimi alternativ enerji mənbəyi əsasında yaradılan enerji təchizatı sıstemi atmosfer havasının çirklənməsini 80, gəminin yanacaq xərclərini isə 20-25 faiz azaldır. Bakı dəniz limanı öz miqyası və sıx yaşayış sahəsinə yaxınlığı səbəbindən şəhərin atmosfer havasını ən çox çirkləndirən mənbələrdən biri hesab edilir. Ona görə də qeyd olunan ekoloji problemin həlli paytaxt üçün ən aktual və əhəmiyyətli məsələlərdən biridir.

Ümumiyyətlə, BMT-nin “Dayanıqlı İnkişaf Proqramı 2030”un qeyd olunan ilə qədər ətraf mühitin qorunması üzrə bütün dövlətlərə, gəmiçilik şirkətlərinə və digər təsərrüfat subyektlərinə yönəlmiş hədəfləri var. Həmin hədəflərə çatmaq üçün bir şirkət olaraq əlimizdən gələni edirik. Gəmilərdə alternativ enerji mənbələrindən istifadə edilməsinə aid bir layihəmiz hazırdır. Həmin layihəni yaradıcılıq təşəbbüsü qaydasında, ilk növbədə, gəmiçilik şirkətlərinə və aidiyyəti üzrə dövlət qurumlarına təqdim etməyi nəzərdə tuturuq.

- Şirkətin qarşıdakı hədəfləri barədə məlumat verə bilərsinizmi?

- Şirkətin tikinti üzrə fəaliyyət dairəsini daha da genişləndirməyi, Azərbaycan ərazisində “Saipem”, “Subsea7” kimi böyük şirkətləri əvəz etməyi, iş keyfiyyətini dünya standartları səviyyəsinə yüksəltməyi qarşımıza bir məqsəd kimi qoymuşuq. Ancaq qeyd edim ki, bu günün özündə belə həmin şirkətləri əksər sahələrdə əvəz edə biləcək gücdəyik. Eyni zamanda, AMEC bir şirkət kimi öz fəaliyyətində BMT-nin “Dayanıqlı İnkişaf Proqramı 2030” sənədinin hədəflərini (SDG-4,5,6,9,14,17) əsas məqsəd tutaraq, imkan daxilində, mərhələli şəkildə həyata keçirir. Hazırda şirkətin fəaliyyəti əsas profilinə bilavasitə aidiyyəti olan SDG14 (Life Below Water) “Dəniz və dəniz ehtiyatlarının qorunması tövsiyələrinin həyata keçirilməsi” istiqamətində başladığımız layihələrlə bağlıdır. Həmin layihələrin məqsədi “Dayanıqlı İnkişaf Proqramı 2030” hədəflərinə uyğun olaraq enerjiyə qənaət, ekologiyanın qorunması, dəniz tullantılarının idarə olunması, gəmilərdən CO2 qazının havaya atılmasının qarşısının alınması və ya azaldılmasıdır. Bu hədəflərin davamı olaraq, şirkətimiz tərəfindən gender bərabərliyini qorumaq, əmək bazarında qadınların sayını artırmaq üçün peşəkar qadın işçi kapitalının formalaşdırılması əsas məqsədlərimizdən biridir.

Həmçinin Azərbaycan şirkəti olaraq həm ölkədə çox güclü bir şirkət olmaq, həm də dünyada da tanınmaq istəyirik. Mühəndislik və tikinti şirkəti olaraq xarici ölkələrdə fəaliyyət göstərmək və ölkəmizi təmsil etmək niyyətindəyik. Təbii ki, bu, dövlətin və digər neft şirkətlərinin dəstəyi olmadan mümkün deyil. Həm dövlət, həm də digər böyük şirkətlər tərəfindən yerli şirkət olaraq bizə daha da böyümək üçün dəstək göstəriləcəyinə ümidvarıq.

- Şirkətin fəaliyyətində həssas təbəqə olan şəhid ailələri və qazilərə yönəlmiş hansısa təşəbbüslər varmı?

- Həssas təbəqə bizim fəaliyyətimizdə hər zaman nəzərə alınır. Korporativ sosial məsuliyyəti hiss edərək İkinci Qarabağ müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmağı, onlara yardım etməyi daim özümüzə borc bilirik. Düşünürəm ki, bu, hər birimizin vətəndaşlıq borcu və Zəfəri bizə yaşadanlara minnətdarlığımızın ifadəsidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ