Azərbaycan Dövlət İnformasiya Agentliyi

® Marketlərdə endirimli qiymətlər – alıcılar nəyi bilməlidirlər?

Bu gün “Araz” supermarketlər şəbəkəsinin nümayəndəsi qiymət etiketlikləri haqqında bilmədiklərimizdən danışacaq

Son günlər sosial şəbəkələrdə izləyicilərin ən çox maraqlandığı mövzulardan biri endirimli qiymətlərin etiketləridir. Yəni, bəzən endirimli məhsulun üzərində 2 etiket olur və bu istehlakçılarda çaşqınlıq yarada bilir. Suallara aydınlıq gətirmək üçün “Araz” supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Arzu Əliyevaya müraciət etdik.

- Müştəriləri ən çox narahat edən məqamlardan biri də endirimli qiymət etiketlikləri və bəzi uyğunsuzluqlar ilə bağlıdır. Bu cür halları necə izah edə bilərsiniz?

- Satışda olan məhsulların hər birinin altında məhsulun adı, barkodu və satış qiyməti əks olunan ağ rəngli, kiçik ölçülü rəf etiketi yerləşdirilir. Məhsul endirimdə olanda, rəf etiketində, həmçinin üzərindən çarpaz xətt çəkilən köhnə və yeni endirimli qiymət də göstərilə bilər.

Xüsusi kampaniyalar çərçivəsində endirimə düşən məhsulları fərqləndirmək üçün isə böyük endirim kağızından istifadə olunur. Nisbətən irihəcmli olan endirim kağızında məhsulun üzərindən xətt çəkilmiş köhnə qiyməti və yeni endirimli qiyməti göstərilir.

Bəzi hallarda əməkdaşların diqqətsizliyi nəticəsində həm rəf etiketi, həm də endirim kağızı eyni anda məhsulun üzərində sərgilənir. Bu halda rəf etiketi yalnız məhsulun hazırda kassada keçərli olan satış qiymətini göstərir.

- Siz sistem haqqında məlumat verdiniz, çox sağ olun. Amma insanlar vaxtaşırı endirimli və endirimsiz qiymətin eyni olduğunu görüb bu məntiqi anlaya bilmirlər.

- Bəli, sizi çox yaxşı başa düşürəm. Mən özüm də market sektorunda çalışmazdan öncə, sadə bir istehlakçı kimi bu məsələni anlamırdım.

Təbii ki, müştəri rəf etiketi və endirim kağızını eyni anda görəndə bu vəziyyət onda çaşqınlıq yarada bilir. İnsanlar düşünürlər ki, məhsulun əvvəlki qiyməti indi endirimli qiymət kimi təqdim olunur.

- Bəs əslində necədir?

- Alıcılarımız suallarına cavab tapmaq üçün rəf etiketliyinin üzərindəki çap tarixinə baxa bilərlər. Çap tarixi kampaniya müddəti ilə üst-üstə düşürsə, deməli, burada heç bir yanlışlıq yoxdur və kassada endirimli qiymət keçərlidir. Əslində hər iki etiketin eyni anda olması doğru deyil və qeyd etdiyim kimi, bu hal insan amili - əməkdaşların diqqətsizliyi səbəbindən yaranır və burada məqsəd alıcını aldatmaq deyil. Bu halın müştərilərimizdə narahatlıq yaratdığını anlayırıq və vəziyyətin düzəldilməsi üzərində işləyirik.

- Daha bir məqam isə bəzən rəf qiymətlərinin kassa qiymətləri ilə üst-üstə düşməməsidir. Bu barədə nə deyə bilərsiniz?

- Böyük market şəbəkələrində məhsulun rəf qiyməti ilə kassa qiyməti arasında fərqin yaranmasının əsas səbəbi insan amilidir. İnsan amili dedikdə, yəni bilərəkdən edilməyən, amma nəticəsində alıcıları narahat edən nöqsanlar nəzərdə tutulur. Nöqsanlar hər yerdə var, amma biz nöqsanların minimallaşdırılması üzərində çalışırıq. Çünki müştərilərimizin etimadı ən dəyərli aktivlərimizdəndir.

- Daha konkret danışsaq kassa və rəf qiymətlərinin fərqli olması hansı səbəbdən baş verir?

- Məhsul qiymətlərində dəyişikliklər zamanı qiymət kassada avtomatik olaraq yenilənir. Nəzərə alsaq ki, marketlərdə minlərlə məhsul çeşidi təqdim olunur və qiymətlərin rəflərdə dəyişdirilməsi fiziki olaraq müəyyən vaxt alır. Texniki səbəblərdən bəzən istər-istəməz əməliyyatlarda ləngimələr olur. Vitrində dəyişiklik edilənə kimi istənilən birimiz hansısa məhsulu alırıqsa, nəticədə təəssüf ki, kassada qiymət fərqi yaranır.

- Burada istehlakçıların iştirakı nədən ibarətdir?

- Nümunə üçün deyək ki, mağazaya daxil olan müştəri alış-veriş zamanı istədiyi məhsulu vitrindən götürür, tərkibini araşdırır və yenidən vitrinə qoyur. Bəzi hallarda bu məhsulu geri qoyan zaman əvvəlki yerinə deyil, digər məhsulların sırasına yerləşdirir. Bu zaman növbəti müştəri həmin məhsulu öz yerində deyil, digər məhsulların arasında görür. Belə olan halda təbii ki, fərqli qiymət alıcılarda çaşqınlıq yaradır. Xoşagəlməz halların yaranmaması, vitrinlərə nəzarətin gücləndirilməsi üçün satıcılar daima təlimatlandırılır.

- Deyək ki, alıcı qiymət fərqini gördü. Nə etməlidir?

- Bu barədə “Araz” supermarketlərində məlumatlandırıcı lövhələr quraşdırmışıq. Burada alıcı məmnuniyyətinə hədəflənən 4 prinsip əks olunub: 1) Marketlərimizdən alınan məhsullar kassa çeki və ya qəbzi təqdim olunmaqla 15 gün ərzində geri qaytarıla bilər; 2) Müştəri alış-veriş zamanı istifadə müddəti bitmiş məhsul aşkar edərsə, yeni məhsul ona hədiyyə verilir; 3) Marketlərdə çap xətası ilə əlaqədar hansısa məhsulun qiyməti aşağı elan edilərsə, bu qiymət kassada da keçərlidir; 4) Marketdə rəf qiyməti ilə kassa qiyməti fərqli olduqda (barkod, marka adı, ölçü vahidi və miqdarı eyni olarsa) aşağı olan qiymət keçərlidir. Mağazalarımızda bu prinsiplərə riayət edilir.

Həmçinin mağazamızın 95 faizində barkodu oxuyan cihazlar var ki, alıcılar kassaya yaxınlaşmadan da qiymətlər barədə məlumat ala bilərlər.

- Müştərilərin sorğuları necə dəyərləndirilir?

- Müştəri xidmətləri üzrə nümayəndələrimiz müraciətləri araşdırır və çevik həlli üçün çalışır. Sosial şəbəkələr vasitəsilə izləyiciləri istehlakçı hüquqları barədə məlumatlandırırıq. İnsan amili olan yerdə təbiidir ki, müəyyən nöqsanlar da yarana bilər və biz müştərilərimizi narahat edən istənilən məsələyə görə məsuliyyətimizi dərk edirik. “Araz” supermarketlər şəbəkəsi olaraq, alıcılarımızın əsas ehtiyacı olan məhsulları onlara mümkün olan yaxşı keyfiyyət və mümkün aşağı qiymətlərlə təqdim etməyə çalışırıq. Əsas hədəfimiz ədalətli ticarət və müştərilərimizin məmnuniyyətidir.

İstehlakçılara daha yaxşı xidmət göstərə bilmək məqsədilə müştərilərimizdən bu kimi hallarla bağlı (012) 404-12-36 əlaqə nömrəsi, 924 qaynar xəttimiz, [email protected] e-mail ünvan və ya sosial şəbəkə hesablarımız vasitəsi ilə bizə məlumat vermələrini xahiş edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam