"Abşeron"un voleybolçusu: Özümü yaxşı tərəfdən göstərib yenidən millidə yer almaq istəyirəm
Bakı, 7 dekabr, AZƏRTAC
"Oyuna ciddi hazırlaşmışdıq. Çempionatda hələ məğlubiyyətimiz yoxdur. Bu matçda da uduzmaq istəmirdik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında "Abşeron" klubunun voleybolçusu Ülkər Kərimova Yüksək Liqanın IV turunda "Gəncə"ni 3:0 hesabı ilə məğlub etdikləri oyunu şərh edərkən deyib.
Yığma üzvü ölkə çempionatındakı komandaların "Abşeron"a qarşı matçlara ciddi hazırlaşdığını bildirib: "Gəncə" komandasının oyununu görməmişdim. Açığı bizimlə oyunlarda rəqiblər sərt mübarizə aparırlar. "Sarı-göylər" də həqiqətən ciddi müqavimət göstərdi. Ancaq biz qalib gələrək daha güclü olduğumuzu sübut etdik”.
Ü.Kərimova komandasının cari mövsümdəki hədəflərindən də söz açıb: "Yeni ilə kimi bir neçə oyunumuz var. İnanıram ki, bu matçlarda da qalib gələcəyik. Hədəfimiz ölkə çempionu olmaqdır. Hazırda komandamızda çatışmazlıq yoxdur".
Təcrübəli hücumçu özünü yaxşı tərəfdən göstərib yenidən Azərbaycan millisinə dəvət almaq istədiyini söyləyib: "Komandam üçün əlimdən gələni etməyə hazıram. Məqsədimiz "Abşeron"la titullar qazanmaqdır. Əlbəttə, milli komandada da yer almaq istəyirəm".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]