"AtaTravel" MMC ilə birlikdə "Dubay Şopinq Festival - 2016"ya
Bakı, 25 dekabr, AZƏRTAC
"AtaTravel" MMC gələn il yanvarın 1-dən fevralın 1-dək "Dubay Şopinq Festival - 2016"da iştirak etməyi təklif edir. Bu turdan yararlanmaq arzusunda olanlar dünya ticarət nişanları və brendləri aləminə baş vurmaq və faydalı alış-veriş etmək imkanı əldə edəcəklər.
MMC-dən AZƏRTAC-a bildiriblər ki, turun qiymətinə 3 ulduzlu "Dream Palace", 4 ulduzlu "First Central Hotel Suites" və "Grand Midwest Express Hotel Deluxe" otellərində qalmaq, "FlyDubay" aviaşirkəti tərəfindən Bakı-Dubay-Bakı aviauçuşu, transfer və səhər yeməyi daxildir.
"AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev qeyd edib ki, festivalda 6 mindən çox şirkətin mallarına endirimlər olacaq, müsabiqələr, konsertlər, müzikllər, şoular, idman tədbirləri, moda nümayişləri təşkil ediləcək. Festival ənənəvi olaraq hər il eyni vaxtda keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]