"Bakı-2018": Azərbaycan cüdoçuları təsəlliverici görüşdə Niderland yığması ilə qarşılaşacaqlar
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycan millisi Bakıda keçirilən cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışlarında təsəlliverici görüşdə iştirak edəcək.
AZƏRTAC xəbər verir ki, Avstriya millisini 5:1 hesabı ilə məğlub edən cüdoçularımız dörddəbir finalda Yaponiya yığmasına 2:4 hesabı ilə uduzublar. Seçməmiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb və millimizin rəqibi Niderland yığması olacaq.